Deputatlar Elman Rüstəmova "hə" dedi - İclas

img

01-04-2015 [16:40]



Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında Mərkəzi Bankın İdarə Heyətinin indiki sədri Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədliyini təsdiq edib.

Trend-in məlumatına görə, komitə Mərkəzi Bankın İdarə Heyətinin sədrinin müavini Xaqani Abdullayevin də Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyünə namizədliyini təsdiq edib.

Xatırladaq ki, Elman Rüstəmov 1995-ci ilin yanvarından Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin Sədri vəzifəsinə təyin edilmişdir.

Xaqanı Məmmədov isə Mərkəzi Bank sistemində 1997-ci ildən işləyir. 2010-cu ildə isə İdarə Heyətinin üzvü seçilib.

E.Rüstəmovun səlahiyyət müddəti aprelin 6-da başa çatır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA