Maliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq edib

img

31-03-2015 [10:57]


Azərbaycan Respublikası Maliyyə Nazirliyi (MN) ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanununun 29.4-cü maddəsinə əsasən qeyri-hökumət təşkilatları illik maliyyə hesabatlarını aprel ayının 1-dən gec olmayaraq MN-ə təqdim etməlidirlər.

"Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası” Azərbaycan Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli Qərarı ilə təsdiq edilib və normativ hüquqi akt MN-nin internet səhifəsində yerləşdirilib.

Adı çəkilən Qanunun 31.8-ci maddəsinə əsasən illik maliyyə hesabatları 30 gün müddətində MN-ə təqdim edilməlidir.

Maliyyə hesabatlarının təqdim edilməməsinə görə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsi ilə inzibati tənbeh nəzərdə tutulub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA