AXCP-dən qovulan iki gənci Hafiz Hacıyevlə nə birləşdirir?

img

01-04-2015 [15:10]




"AXCP-də baş verən proseslər çox ziddiyyətlidir. Yəni, partiyada "kim mənimlə deyilsə, mənə düşməndir” prinsipi artıq baş qaldırıb”. Bunu AZADİNFORM-a açıqlamasında Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev AXCP-dən Ehtiram Mehdiyev və Cavid Musazadə adlı gənclərin xaric edilməsinə münasibət bildirərkən deyib. O bildirib ki, AXCP-dən xaric edilən gənclər çox etibarlı gənclərdir: "Onlarla bizim münasibətimiz çox yaxşıdır, hər dəqiqə görüşürük. Onlar bizim partiyaya gəlirlər və söhbətlər də edirik. Artıq bilinir ki, onların mənimlə də əlaqələri var. Kərimovların xaricdən özünə aldığı pullardan onlara verilmir. Bunu həmin gənclər gəlib mənə deyirlər. Həmin pulun heç 1 faizini partiyaya xərcləmirlər. Azərbaycanda AXCP-nin qarışıqlıq yaratmaq istəməsi, onların ölkədə siyasi terror həyata keçirməkdə maraqlı olduğu üçün həmin şəxslərə dünyada Azərbaycanı istəməyən qüvvələr, ermənipərəst qüvvələr, Qərbin və Avropanın müəyyən dairələri külli miqdarda pul verirlər. Bu pulların da, hamısını Həsənov Cəmillə Kərimov Əli Çində böyük marketlər şəbəkəsi yaradırlar və pulu ora sərf edirlər. Bunu da partiya üzvləri, gənclər bilir. Onlar da öz haqlarını tələb etdikdə, onlar gəncləri partiyadan uzaqlaşdırmağa başlayırlar. Həmin gənclər açıq-aşkar mənə dedilər ki, bizi partiyada qul yerinə qoyublar və imkan vermirlər ki, fikrimizi açıq şəkildə bildirək”. Partiya sədri deyib ki, AXCP-də diktatura rejimi yaradılıb: "Müəyyən qruplar var ki, onlar da xaricdən gələn pulların hamısını öz aralarında yaxın ətraflarına verirlər. Aprelin mitinqinə böyük pul gəlib. Gənclər də deyir ki, əgər elədirsə biz deyirsiniz ki, adam gətirin. Həmin adamlara pulu 1-ci 30 manatdan danışırlar, nəticədə isə 15 manat verirlər. Bunlar da qalır çətin vəziyyətdə. Ona görə də, orada rejim yaradıblar, hansı ki, insan hüquqlarından dəm vuran təşkilat, demokratiyadan ağız dolusu danışan Həsənov Cəmillə Kərimov Əli yaxın ətrafı olan 10-15 nəfərlə dünyadan aldıqları çirkli pulları Çində böyük şəbəkələrə sərf ediblər. Nəticədə isə öz ətrafındakı insanları aldadırlar ki, bu dəfə, gələn dəfə yaxşı olacaq”. H.Hacıyev əlavə edib ki, həmin iki gəncin partiyadan çıxarılması düzgün deyil: "Həmin gənclər mitinqə çəkdiyi xərci, yəni yol, telefon pulunu belə ala bilmir. Kərimov Əli deyib ki, gedin özünüzdən xərc qoyun, yaxşı olacaq. AXCP-də heç vaxt demokratiya olmayıb. Kərimov Əlinin özü nədir ki, ondan da demokratiya ötürülsün. Bu adamlar mənəviyyatı, şəxsiyyəti olmayan adamlardır. Onlar Azərbaycan hakimiyyətini gözdən salmaq istəyən bəzi simasızlarla birləşib istəyirlər ki, ölkədə qarışıqlıq yaratsınlar. O cümlədən onların xaricdən olan havadarları da onlara tapşırıq veriblər. Həmin tapşırıqlar üzərində mübarizə gedir. Kərimov Əli satqın, canidir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA