30-03-2015 [18:43]
Martın 26-27-də Serbiyanın paytaxtı Belqradda "ATƏT regionunda jurnalistlərin təhlükəsizliyinin qorunması və inteqrasiyası” mövsuzunda konfrans keçirilib. Bütün ATƏT ölkələrinin rəsmi səviyyədə təmsil edildiyi tədbirə bir sıra ölkələrin QHT nümayəndələri də qatılıb.
Dəvətlilər arasında Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət, həmçinin qurumun məsləhətçisi Vüqar Xəlilov da olub.
Ayrı-ayrı sessiyalarda "Jurnalistlərin qorunmasında ATƏT-in öhdəlikləri”, "Şarli Ebdu olayından sonra jurnalistlərin təhlükəsizliyi: mediaya qarşı zorakı hücumlar”, "Qadın jurnalistlərin internetdə təhlükəsizliyi”, "Media və jurnalistlər üçün rəqəmli təhlükəsizlik və internet savadlılığı”, "Jurnalistlərin qanunla qorunması və inteqrasiyası”, "Jurnalistlərə qarşı zorakılıqlarda cəzasızlıq” məsələləri müzakirə edilib.

Vüqar Xəlilov (ağ köynəkdə) iş başında
CASCFEN təmsilçiləri bütün sessiyalara qatılaraq müzakirələrdə fəal iştirak ediblər. Azər Həsrət jurnalistlərin qorunmasında ATƏT-in öhdəlikləri mövzusunda müzakirələrdə çıxış edərək məsələyə tək tərəfli yanaşmanın doğru olmadığını qeyd edib. O, bildirib ki, jurnalistlərin qorunmasından danışarkən həm də məsələyə ifadə azadlığı mədəniyyəti kontekstində yanaşmaq lazımdır. Qurum sədri başçılıq etdiyi təşkilatın bu yöndə təcrübəsinə istinad edib.
Jurnalistlərin qanunla qorunması və inteqrasiyası mövzusunda müzakirələrdə isə Azər Həsrət qeyd edib ki, bu peşədən sui-istifadə halları da diqqətdən qaçmamalıdır. O, öz çıxışında deyib ki, bir sıra hallarda siyasət adamları, başqa insanlar jurnalistikadan sui-istifadə edərək özlərini günahsız qurban kimi qələmə verməyə çalışır. "Biz çalışmalıyıq ki, mediadan, jurnalistikadan belə sui-istifadə hallarının qarşısını alaq. Jurnalistikayla siyasəti bir-birinə qarışdıran insanların məqsədi heç də xoş ola bilməz”, – deyə CASCFEN sədri bildirib.

Azər Həsrətin ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviçlə özçəkimi
Rusiya və Ukraynadan olan nümayəndə heyətlərinin qarşıdurmasıyla daha çox diqqət çəkən 2 günlük konfrans boyu öldürülmüş jurnalistlərin məsələsi də gündəmə gətirilib. ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç bu sırada Elmar Hüseynovun da adını çəkib. Tədbirdə iştirak edən Azərbaycanın rəsmi təmsilçilərindən biri məsələyə aydınlıq gətirərək bildirib ki, Elmar Hüseynovun qatilləri məlumdur. Sadəcə, xarici ölkə vətəndaşları olmaları və gizlənmələri səbəbindən onlar həbs edilə bilmir. O, qeyd edib ki, Azərbaycan hakimiyyəti bu qətlin üstünün açılmasında hamıdan çox maraqlıdır.

Azər Həsrətin Alison Makkenziylə özçəkimi
Onu da əlavə edək ki, CASCFEN təmsilçiləri konfrans boyu ayrı-ayrı nümayəndə heyətlərilə görüşlər keçirib, söhbətlər edib. Azər Həsrət ABŞ Helsinki Komissiyasının siyasi müşaviri Aleks Conson və bu ölkənin ATƏT-dəki nümayəndəliyinin siyasi məsələlər üzrə təmsilçisi Çad Uiltonla görüşüb. Eyni zamanda o, Bosniya və Hersegovina Jurnalistlər Assosiasiyasının baş katibi Borka Rudiç, Rusiya İctimai Palatasının üzvü Georgi Fyodorov, ATƏT-in Ukraynadakı layihə koordinatoru Marına Bezkorovayna, Belarusun Serbiyadakı konsulu Andrey Metelitsa, ATƏT-in Bişkek ofisinin hərbi-siyasi departamentinin məsləhətçisi Andrey Butsman, ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç, Beynəlxalq Mətbuat İnstitutunun keçmiş icraçı direktoru Alison Makkenzi və başqalarıyla görüşərək konfransda qaldırılan məsələləri müzakirə edib.
CASCFEN təmsilçiləri martın 29-da Vətənə qayıdıb.
CASCFEN Mətbuat Xidməti
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin mayın sonunda Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən azad edildi
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq
Ruben Vardanyanın məhkəməsi: nə vaxt keçiriləcək? - AÇIQLAMA
QARABAĞA BU ƏRAZİLƏRƏ NÖVBƏTİ KÖÇ OLDU
"Elə bіlіrsіnіz kі, böуük mağazalar düz işləyir?" - iPONE telefonlarının saxtası bazara dolub? (FOTO)
Pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı... - Mərkəzi Bank qərar verdi
Onlar imtahan verəcək
PAKİSTAN BU ÖLKƏYƏ NÜVƏ SİLAHI VERİB? - İran kəşfiyyatı elə iddia irəli sürdü ki...
İlham Əliyev Litva prezidentinə məktub ünvanlayıb - MƏTN
XARİCDƏ TƏHSİL PROQRAMI: şərtlər açıqlandı - DETALLAR
Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu - FOTOLAR
Qazaxıstanda yeni konstitusiya: 11 fəsil və 95 maddədən ibarət ali qanun... - 40 yaşa qədər heç kim prezident ola bilməz!
Qocaman YAP-çı: "Bilmək lazımdır ki, hansı həddə kimi bu qudurub”
Tələbələr dəm qazından zəhərlənib
Sergen Yalçın: "O, yavaş-yavaş komandaya sahib çıxmağa başlayıb"
Astarada iki nəfər 64 kiloqram narkotiklə saxlanılıb
Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya Ukraynada daha 12 qəsəbəni işğal edib: "Bu, 200 km-dən çox torpaq deməkdir..."
Hikmət Hacıyev video paylaşdı: "Belqrad bu gecə"
İsrail Livan-Suriya sərhədinə zərbə endirib - Ölənlər var