Çingiz Abdullayev “Neftçi”nin prezidenti oldu- Şok təyinat

img

30-03-2015 [16:41]


"Neftçi” klubunun bu gün istefa verən prezidenti Sadıq Sadıqovun yerinə şok təyinat edilib.

Mia.az AzNews.az-a istinadən xəbər verir ki, kluba bundan sonra AYB-nin katibi, dünya şöhrətli yazıçı Çingiz Abdullayev rəhbərlik edəcək. Məlumata görə, onun prezident olması artıq rəsmiləşdirilib. Qərarın bu gün ərzində elan ediləcəyi gözlənilir.

Xatırladaq ki, S.Sadıqov 2009-cu ildən "Neftçi”nin prezidenti idi. Onun kluba rəhbərlik etdiyi dövrdə "Neftçi” üç dəfə Azərbaycan çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. Azərbaycan futbolu tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqəni də "Neftçi" S.Sadıqovun kluba rəhbərlik etdiyi dövrdə qazanıb.

***

AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza "Qafqazinfo"ya açıqlamasında Çingiz Abdullayevin "Neftçi"yə prezident təyin olunmasını təsdiqləyib. O bildirib ki, yayılan məlumat doğrudur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA