Umud Mirzəyev beynəlxalq tədbridə! - FOTO

img

27-03-2015 [20:13]


Beynəlxalq Mətbuat İnstitutunun Myanmadakı Baş Assambleyası bu gün öz işinə başlayıb. Buna qədər isə Beynəlxalq Mətbuat İnstitutunun İdarə heyətinin görüşü keçirilib.

Mia.az xəbər verir ki, görüşdə BMİ-nun ötən ilki fəaliyyəti və növbəti il üçün strateji planı müzakirə olunub.

BMİ-nun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Barbara Trionfi idarə heyəti tərəfindən BMİ-nun icraçı direktoru vəzifəsinə seçilib. Bundan başqa İdarə heyəti özünün strateji tərəfdaşları ilə əməkdaşlığı da müzakirə edib.

Qeyd edək ki, bu mötəbər qurumun İdarə Heyətində Azərbaycanı BAMF-ın sədr Umud Mirzəyev, bu beynəlxalq təşkilatın tərəfdaşları sırasında isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) var. 

BAMF-ın sədri Umud Mirzəyev Beynəlxalq Mətbuat İnstitutunun(IPI) Myanmada keçirilən Baş Assambleyası çərçivəsində Birləşmiş Millətlər Təşkilatının fikir və ifadə azadlığı hüququnun təşviqi və qorunması üzrə xüsusi məruzəçi Deyvid Keylə görüşüb.

Görüşdə BMT-nin İqtisadi-Sosial Şurasının ən yüksək məşvərətçi statuslu üzvü kimi BAMF-ın BMT-nin digər qurumları ilə münasibətləri geniş müzakirə olunub. Sonda BAMF-ın sədri Umud Mirzəyev Deyvid Keyi Azərbaycana dəvət edib. Deyvid Key dəvəti qəbul edərək tezliklə Azərbaycana səfər etməyi planlaşdırdığını bildirib. Bundan başqa BAMF-ın sədri Umud Mirzəyev Myanmanın İnformasiya Texnologiyaları naziri Ye Htut və Myanmanın Mətbuat Şurasının sədri UKhin Maung Aye ilə də görüşüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA