27-03-2015 [16:07]
Fəaliyyəti müvəqqəti bağlanan Bakunews.tv-nin sabiq operatoru İlham Rəsulzadə tv-yə məxsus texniki avadanlıqları təhvil verməkdən boyun qaçırıb.
TV rəhbərliyindən verilən məlumata görə, İ.Rəsulzadə redaktor olduğu müddətdə bir sıra qanun pozuntularına yol verdiyinə görə tutduğu vəzifədən azad edilib. Sonradan aparılan araşdırmalar zamanı məlum olub ki, İ.Rəsulzadə tv-nin təsisçisi C.Şahverdiyevin adından kassa mədaxil orderi qəbzləri hazırladıb və çəkiliş apardığı obyektlərdən pul alaraq onlara qəbzlər verib. Verilən qəbzlərin heç birində baş mühasib və kassirin imzası olmayıb. Heç bir bank əməliyyatı aparılmayıb. Qəbzlərin hazırlanmasından isə təsisçinin xəbəri olmayıb. Təsisçinin şəxsiyyət vəsiqəsi və VÖEN-in surətini hansısa yollarla əldə edən İ.Rəsulzadə "Günəş-B” MMC-yə müraciət edərək C.Şahverdiyevin adından 50 ədəd kassa mədaxil orderi qəbzinin çapına nail olub. Saxta qəbzləri verməklə pul qazanan İ.Rəsulzadə vergidən yayınıb.
Bundan başqa İ.Rəsulzadə səlahiyyətindən sui-istifadə edərək tv-nin digər əməkdaşlarından dələduzluq yolu ilə böyük məbləğdə pul alıb. TV-nin fotoqrafı Tahir Cəfərovun bildirdiyinə görə, İ.Rəsulzadə müxtəlif bəhanələr gətirərək ondan borc pul alıb, bu vaxta qədər də qaytarmayıb.
Bakunews.tv-nin 2 yaşının keçirilməsi tədbirinin təşkili ilə bağlı təsisçinin adından bir neçə nüfuzlu şəxslərdən pul alan İ.Rəsulzadə tv-nin ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən yaradıldığı və səfirlik tərəfindən himayə olunduğu xəbərini ictimailəşdirib. Onun Azərbaycana qarşı qərəzli çıxış və fikirlərinin tv-nin saytında yerləşdirmək çəhdinin qarşısının alındığı faktı da sonradan aşkarlanıb.
O da bildirilib ki, İ.Rəsulzadə ilə görüşən tv-nin təsisçisi C.Şahverdiyev (görüşdə tv-nin fotoqrafı T.Cəfərov və müxbiri Vüsalə xanım da iştirak edib) ondan baş verənlərə aydınlıq gətirməsini tələb edib. İ.Rəsulzadə qeyd edib ki, ABŞ səfirliyinin dəstəyi ilə bir neçə dəfə polis bölməsindən azad edilib və buna görə də səfirlik tərəfindən himayə olunduğunu əsaslandıraraq tv-nin də adını ora ilə bağlayıb. O da qeyd olunub ki, İ.Rəsulzadə bir neçə dəfə sərxoş vəziyyətdə metroda polis əməkdaşları ilə dalaşıb. Buna fakt kimi, onun "Dərnəgül” metrostansiyasında sərxoş vəziyyətdə polislərlə dalaşması və ictimaiyyətə yalandan guya ona təzyiqlərin edilməsi xəbərini yayması ardınca DİN-nin mətbuat xidmətinin rəsmisi E.Zahidovun C.Çahverdiyevə zəng etməsi faktını misal çəkmək olar.
Digər bir araşdırmalar zamanı onun radikal müxalifət düşərgəsi liderləri ilə əmkdaşlıq etdiyi də üzə çıxıb. Bütün bunlar onun vəzifədən uzaqlaşdırılması və tv-nin müvəqqəti bağlanması ilə nəticələnib. Tv bağlandıqdan sonra ondan texniki avadanlıqların təhvil verilməsi tələb olunub. Dəfələrlə edilən müraciətlərə baxmayaraq İ.Rəsulzadə tv-yə məxsus texniki avadanlıqları təhvil verməyib. Telefonun söndürən İ.Rəsulzadə tv rəhbərliyindən gizlənməkdədir. Bu günün özündə də Bakunews.tv-nin adından bəzi tədbirlərdə çəkilişlər apararaq pul qazandığı söylənilir. Baxmayaraq ki, onun işdən çıxarılması ilə bağlı ictimaiyyətə çoxdan məlumatlar verilib (http://avrasiya.net/?p=84942,http://avrasiya.net/?p=94102) .
İ.Rəsulzadənin tv-yə məxsus avadanlıqları (kamera, kompüter və s.) 1 gün ərzində rəhbərliyə təhvil verməzsə əməlləri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyi də bildirilib.
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin mayın sonunda Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub
Vuçiç: İlham Əliyevin Serbiyaya səfəri xalqlarımız üçün yeni əməkdaşlıq və rifah imkanları açır
"Mançester Siti" Morqan Qibbs- Uaytı heyətinə qatmaq istəyir
Okan Buruk "Yuventus"a qarşı start heyəti müəyyənləşdirir
Prezident İlham Əliyevin Serbiyaya səfəri başa çatıb
TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən azad edildi
"Amedspor" baş məşqçi Sinan Kaloğlu ilə yollarını ayırdı
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
""Bank Respublika"dan uzaq durun!" - Müştəri problemlə üzləşib
Taliban tərəfini seçdi: "Əgər ABŞ İrana hücum etsə...."
Vüqar Məmmədovun şikayətinə "yox" deyildi
İcra başçısı köməkçisi ilə baş memarı vəzifədən azad etdi
Sabah hava necə olacaq? - Proqnoz
Nazirlik YAP-dan ofis icarəyə götürüb
"Təhsil haqqında" qanuna yenə dəyişiklik olunacaq
Ruben Vardanyanın məhkəməsi: nə vaxt keçiriləcək? - AÇIQLAMA
QARABAĞA BU ƏRAZİLƏRƏ NÖVBƏTİ KÖÇ OLDU
"Elə bіlіrsіnіz kі, böуük mağazalar düz işləyir?" - iPONE telefonlarının saxtası bazara dolub? (FOTO)
Pul nişanlarının dəyişdirilməsi, yubiley və xatirə pul nişanlarının satışı... - Mərkəzi Bank qərar verdi
Onlar imtahan verəcək
PAKİSTAN BU ÖLKƏYƏ NÜVƏ SİLAHI VERİB? - İran kəşfiyyatı elə iddia irəli sürdü ki...
İlham Əliyev Litva prezidentinə məktub ünvanlayıb - MƏTN
XARİCDƏ TƏHSİL PROQRAMI: şərtlər açıqlandı - DETALLAR
Tel-Əvivdə və Qüdsdə Azərbaycan-İsrail kinematoqrafçılarını birgə filmi təqdim olundu - FOTOLAR
Qazaxıstanda yeni konstitusiya: 11 fəsil və 95 maddədən ibarət ali qanun... - 40 yaşa qədər heç kim prezident ola bilməz!
Qocaman YAP-çı: "Bilmək lazımdır ki, hansı həddə kimi bu qudurub”
Tələbələr dəm qazından zəhərlənib
Sergen Yalçın: "O, yavaş-yavaş komandaya sahib çıxmağa başlayıb"
Astarada iki nəfər 64 kiloqram narkotiklə saxlanılıb
Müdafiə Nazirliyi məlumat yayıb
Rusiya Ukraynada daha 12 qəsəbəni işğal edib: "Bu, 200 km-dən çox torpaq deməkdir..."
Hikmət Hacıyev video paylaşdı: "Belqrad bu gecə"
İsrail Livan-Suriya sərhədinə zərbə endirib - Ölənlər var