Azərbaycanlı kikboksçu finalda erməni idmançınnı nokauta salıb

img

24-03-2015 [10:29]


Gürcüstanın paytaxtı Tiflisdə peşəkar kikboksinqin K-1 versiyasi üzrə dünya kuboku uğrunda döyüşlər keçirilib.

Qol.az-ın məlumatına görə, mili komandamız yarışa 3 idmançıyla qatılıb.

Ölkəmizi 45 kq çəkidə Nicat Nəcəfzafə, 75 kq-da Nicat Vəliyev, 86-kq-da isə Xəyal Əhmədov təmsil edib. Kikboksçularımızın hər üçü döyüşlərini qələbəylə başa vurub. Xəyal Əhmədovun qələbəsi isə xüsusi qeyd olunmalıdır. Erməni kikboksçu Qoçaryanla qarşılaşan Xəyal rəqibini bütün komponentlərdə üstələyərək parlaq qələbə qazanıb. Erməni idmançı Əhmədovun zərbələri önündə 2-ci raundun ortalarına qədər davam gətirə bilib. Ermənini nokauta salan Xəyal Əhmədov Dünya Kubokuna sahib çıxmaqla azarkeşlərinə özünəməxsus Novruz bayramı hədiyyəsi edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA