AFFA “Hafka”nın borcunu ödədi

img

17-03-2015 [17:37]


Artıq bir neçə aydır ki, maaşlarını almayan "Bakı” klubunun futbolçuları bu gün bir aylıq əmək haqqlarını alıblar. "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, AFFA-nın baş katibi Elxan Məmmədov "Qarabağ”la oyundan öncə oyunçulara verdiyi sözə gec də olsa, əməl edib.

"Zolaqlılar” sabah Topaz Premyer Liqasının 26-cı turunda "Simurq”la üz-üzə gələcəklər. Bu gün "Bakı”nın bazasına yığışan oyunçular pullarını almayacaqları halda məşqlərə qatılmayacaqlarını və sabahkı matçda meydana çıxmayacaqlarını bildiriblər. Nəticədə AFFA onların maaşlarını ödəmək məcburiyyətində qalıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA