Azərbaycanda daha bir sayta haker hücumu - Baş yazar açıqlama yaydı

img

13-03-2015 [11:16]


Azərbaycanda daha bir sayt haker hücumuna məruz qalıb.

Mia.az xəbər verir ki, bu barədə Azinform.az saytının baş redaktoru Məhəmmədəli Qəribli "Facebook"da məlumat yayıb.

Sayt rəhbəri bildirib ki, portala ölkə daxilində xəbər yükləmək qeyri-mümkün olub:

"Dəyərli oxucuların nəzərinə çatdırırıq ki, dünən gecə saatlarından sonra, Azinform.az saytında ciddi problem yaranıb. Adminlər sayta xəbər yükləyə bilmir. Yəni, saytın admin panelinə giriş mümkünsüz olub. Saytın texniki heyəti problemin ardan qaldırılması istiqmətində fəaliyyət göstərir. Maraqlıdır ki, yalnız Azərbaycanın hüdudlarından kənardan sayta xəbər yüklənə bilir, ölkənin daxilində isə, bunu etmək mümkün deyil. Hələlik yaranmış problemin nə ilə bağlı olması haqda heç nə deyə bilmirik. Narahatçılıq keçirərək, Azinform.az-la maraqlanan hər kəsə dərin minnətdarlığımızı bildiririk".

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA