"Bu gün hakimiyyətin çörəyini yeyən, müxalifətdən olan “dostlarımızın” heç biri bir kəlmə söz demir"

img

07-03-2015 [22:31]


"Mən həmişə demişəm və bu gün də deyirəm ki, Azərbaycan dövlətçiliyinə həm daxildən, həm də xaricdən elə bir təhlükə yaranıb ki, onu qorumaqdan ötrü bütün potensialımızı və ideoloji cəbhəni işə salmalıyıq”. Bunu SİA-ya Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev AXCP sədri Əli Kərimlinin "Azərbaycan Saatı" proqramının erməni lobbisi tərəfindən dəstəklənməsinə münasibət bildirərkən deyib.

Partiya sədrinin sözlərinə görə, artıq xarici havadarlar bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları və parlament seçkiləri ərəfəsində Həsənov Cəmilin erməniyə gedən qızından, Kərimov Əlinin xaricdə girov kimi saxlanılan oğlundan, arvadından da istifadə edirlər: "Heç şübhəsiz ki, "Azərbaycan Saatı" proqramını ermənilərlə bərabər erməni mənşəli azərbaycanlılar da maliyyələşdirir. Beləcə onlar Azərbaycanın ünvanına xoş olan və olmayan fikirlər səsləndirirlər. Bir sözlə bu şəxslər ideoloji baxımından insanların beyinlərini zəhərləyirlər. Bu gün hakimiyyətin çörəyini yeyən, müxalifətdən olan "dostlarımızın” heç biri bir kəlmə söz demir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA