Müsavatın sabiq təşkilat sədri Sülhəddin Əkbərin partiyasına keçdi

img

10-03-2015 [17:30]


Azərbaycan Demokratlar Partiyasından Strateq.az-a verilən məlumata görə,, Müsavat Partiyasının Beyləqan rayon təşkilatının sabiq sədri Nadir Ələsgərli partiya sıralarına qəbul edilib:

 ”Məlumdur ki,  ötən ayın 22-də Müsavat Partiyasının Beyləqan rayon təşkilatının yüzdən çox üzvünün Azərbaycan Demokratlar Partiyasına (AzDP) keçdiyini elan etmişdik. Həmiin informasiyada o da qeyd edilmişdi ki, Müsavat Partiyasının Beyləqan rayon təşkilatının sabiq sədri Nadir Ələsgərli partiyadan çıxsa da, AzDP sıralarına qəbul üçün müraciət etməyib. Lakin ötən həftənin sonunda Nadir Ələsgərli də AzDP sıralarına qəbul olunmaq üçün müraciət edib. Ötən şənbə Nadir Ələsgərlinin müraciətinə baxılıb və o, AzDP sıralarına qəbul edilib”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA