Prezidentin Vatikana səfəri başa çatdı

img

07-03-2015 [11:01]


Martın 6-da Vatikana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə geniş tərkibdə görüşü olub.

Mia.az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Vatikan arasında ikitərəfli əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə edildi.

Azərbaycanda bütün dinlərə münasibətin yüksək səviyyədə olduğu, müxtəlif dini icmalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin hökm sürdüyü bildirildi.

Azərbaycanda multikulturalizmin yaxşı ənənələrinin olduğu diqqətə çatdırıldı. Bu sahənin inkişafına xüsusi diqqətin göstərildiyi, ölkəmizdə sabitliyin və qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğu vurğulandı.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı.

Bununla da martın 6-da Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfəri başa çatdı.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA