Əli Kərimli ilə Cəmil Həsənliyə şok ittiham

img

12-03-2015 [16:38]


Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, Milli Şura artıq iflasa uğrayıb və nə elədiklərini bilmirlər. Onun sözlərinə görə, çağırışqlarına əhəmiyyət verilmədiyinə görə, bu cür variantlara əl atırlar: «Əgər bunlar qiymət artımına görə xalqa canları yanırsa, bunun daha optimal variantları var. Daha gedib hansısa xarici qüvvənin sifarişini yerinə yeitirməzlər. Bütün bunlarn onların xarici havadarlarına xoş getmək üçün hesablanmış addımlardır. Bununla göstərməyə çalışrlar ki, ölkədə guya sərbəst toplaşmaq azadlığı yoxdur. Bilirsiniz ki, Avropa Şurasının nümayəndələri də Azərbaycandadır. İndi Əli Kərimli və onun ətrafı belə bir fon yaradırlar ki, guya burda böyük çaxnaşma ola bilər».

MMP sədri onu da nəzərə çatdırıb ki, Əli Kərimli və Milli Şuradakılar özləri təxribat törətməyi planlaşdırırlar. Onun fikrincə, provokasiya olacağını bəyan etmələri də baş verəcək hər hansı bir təxribata don geyindirmək cəhdidir: «Bizdə məlumat var ki, mitinqdə bir neçə nəfərin ölməsi üçün çalışırlar. Bununla da növbəti ictişaşların bünövrəsini qoymaq istəyirlər. Mən hələ hənvar ayında anonsunu vermişdim ki, bunlar mart-aprel ayralında qarşıdurma mühiti yaradacaqlar. Artıq proqnozlarım özünü doğruldur. Məndə olan məlumata görə, Milli Şura rəhbərliyi yataqda ölüm ayağında olan adamları mitinqə gətirmək istəyirlər ki, orda dünyasını dəyişsin və bunu əllərində bayraq kimi tutub dünyaya car çəksinlər. Bax, belə bir oyuna da gedəcəklər».


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA