"Bakı 2015"in medalı belə olacaq - FOTO

img

04-03-2015 [17:03]


2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının medallarının təqdimatı olub.

Oyunlara 100 gün qalması münasibətilə keçirilən tədbirdə "Bakı 2015"in baş əməliyyat direktoru Saymon Kleqq və Milli Olimpiya Komitəsinin (MOK) beynəlxalq əlaqələr üzrə direktoru Könül Nurullayeva çıxış edib.

Tədbirdə həmçinin, "Bakı 2015"in idman elçisi Nazim Babayev, olimpiya çempionları və "Bakı 2015" Təşkilat Komitəsinin üzvləri Namiq Abdullayevlə Elnur Məmmədli, eləcə də ikiqat paralimpiya çempionu İlham Zəkiyev qatılıb.

Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-də start götürəcək. 17 gün davam edəcək Oyunlarda 20 növ üzrə 6000-dən artıq idmançı mübarizə aparacaq. Avropa Oyunlarında 253 dəst medal uğrunda yarışacaq idmançıları Milli Olimpiya Komitələri müəyyənləşdirəcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA