"Bakı 2015" I Avropa Oyunlarının medallarının təqdimatı olacaq

img

04-03-2015 [12:03]


"Bakı 2015" I Avropa Oyunlarının medallarının bu gün təqdimatı olacaq. 

Mia.az xəbər verir ki, təqdimat Oyunlara 100 gün qalması münasibətilə "Fairmont" hotelində keçiriləcək tədbir çərçivəsində baş tutacaq.

Mərasimdə "Bakı 2015"in baş əməliyyat direktoru Saymon Kleqq və Milli Olimpiya Komitəsinin (MOK) beynəlxalq əlaqələr üzrə direktoru Könül Nurullayeva çıxış edəcək.
Bundan başqa tədbirə "Bakı 2015"in idman elçisi Nazim Babayev, olimpiya çempionları və "Bakı 2015" Təşkilat Komitəsinin üzvləri Namiq Abdullayevlə Elnur Məmmədli, eləcə də ikiqat paralimpiya çempionu İlham Zəkiyev qatılacaq.
Qeyd edək ki, I Avropa Oyunları iyunun 12-də start götürəcək. 17 gün davam edəcək Oyunlarda 20 növ üzrə 6000-dən artıq idmançı mübarizə aparacaq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA