“Xəzər-Lənkəran”, «Neftçi» və «İnter» qalib gəldi, “Qarabağ” isə...

img

28-02-2015 [19:15]



Bu gün Azərbaycan Premyer Liqasında 24-cü turun oyunları keçirilib. Günün ilk oyun paytaxtda baş tutub. 

Mia.az xəbər verir ki, burada "İnter” "Simurq”u qəbul edib və 2:1 hesabı ilə qalib gəlib. Qolları Baçana Sxadadze 18 (1:0), Elvin Məmmədov 79 (2:0), Marko Stanoyeviç 87 (2:1) vurublar. 
Turuni digər qarşılaşması "Neftçi” ilə  "Sumqayıt”ın arasında baş tutub. Oyunda yeganə qolu 83 –cü dəqiqədə Nikolas Kanales vurub. Bu qələbə sayəsində «Neftçi» xalını 39-a çatdırıb və 3-cü pillədəki mövqeyini möhkəmləndirib.

Turun mərkəzi oyunu Respublika stadionunda lider "Qarabağ”la "Qəbələ” arasında baş tutub. Oyun 0-1 hesabı ilə qonaq komandanın qələbəsi ilə başa çatıb. "Qarabağ”lı oyunçu öz qapısına qol vurub.
"Xəzər Lənkəran" isə "Bakı"nı qəbul edib və 2-1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Araz Naxçıvan" çempionatdan çıxdığından AZAL bu turda istirahət edib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA