UEFA: 1/8 finalın rəqibləri - "Beşiktaş"ın rəqibi də bilindi

img

28-02-2015 [00:31]


Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.

UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunan tədbirdə 16 komanda 8 cütlük təşkil edib.

Ukrayna və Rusiya arasında vəziyyət nəzərə alındığından, bu ölkələrin klublarının qarşılaşması mümkün olmayıb. Bu mərhələdə qonşu Türkiyənin yeganə təmsilçisi "Beşiktaş” da mübarizə aparacaq. Adlı-sanlı "Liverpul”u mübarizədən kənarlaşdıran "ağ-qaralar”ın növbəti rəqibi Belçika təmsilçisi "Brügge”di. İstanbullular ilk oyunu səfərdə keçirəcək.

Püşk 1/8 finalda iki İspaniya klubu – "Vilyarreal” və "Sevilya”nı üz-üzə qoyub. Bundan başqa, İtaliya dueli də yaşanacaq: "Fiorentina” "Roma” ilə qarşılaşacaq. Ümumiyyətlə, bu mərhələdə İtaliya 5, Rusiya, Ukrayna, İspaniya hərəsi 2, Belçika, Türkiyə, Almaniya, Hollandiya və İngiltərə hərəsi 1 klubla təmsil olunub. 1/8 finalın ilk oyunları martın 12-də, cavab qarşılaşmaları 19-da keçiriləcək. 

1/8 final

"Everton” (İngiltərə) - "Dinamo” (K, Ukrayna)

"Dnepr” (Ukrayna) - "Ayaks” (Hollandiya)

"Zenit” (Rusiya) - "Torino” (İtaliya)

"Volfsburq" (Almaniya) - "İnter” (İtaliya)

"Vilyarreal” (İspaniya) - "Sevilya” (İspaniya)

"Napoli” (İtaliya) - "Dinamo” (M, Rusiya)

"Brügge” (Belçika) - "Beşiktaş” (Türkiyə)

"Fiorentina” (İtaliya) - "Roma” (İtaliya)

Apasport.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA