UEFA dəyişiklik elədi

img

23-02-2015 [10:18]


UEFA 2016/2017 mövsümündən etibarən Avropa Liqasının formatında müəyyən dəyişiklik edəcək.

Məlumata görə, daha öncə "fair-pley" qaydalarına riayət edən ən yaxşı üç ölkənin klubu Avropa Liqasında oynamaq hüququ qazanırdı.

Lakin 2016/2017 mövsümündən etibarən buna icazə verilməyəcək. Əvəzində həmin klubların federasiyalarına pul müdakatı təqdim ediləcək. Həmin məbləğ federasiyaların himayəsi altında həvəskar və peşəkar klubların inkişafına sərf olunacaq.

Qeyd edək ki, cari mövsüm "fair-pley" qaydalarına görə "Brommapoykarna" (İsveç), "Tromse" (Norveç) və MyPa (Finlandiya) klubları Avropa Liqasında oynamaq hüququ əldə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA