28-01-2015 [19:24]
Azər Həsrət, [email protected]
Qədimlərdə bir kişi varmış. Bunun da bir dəvəsi varmış. Günün birində əcəl gəlir bu kişini haqlayır. Adam baxır ki, artıq vida vaxtıdır, hər kəslə halallaşmaq lazımdır. Çağırır bütün qohum-qardaşı bir-bir və halallaşır. Hər kəs də rahatca haqqını halal edir.
Kişi bir də sevimli dəvəsiylə hallaşmaq istəyir. Dəvəni gətirirlər. Adam halallıq istəyir. Dəvə də başlayır saymağa: filan vaxtı filan yerdə məni ac saxlamışdın, amma incimədim, haqqımı halal edirəm. Başqa bir vaxtı mənə iki şallaq vurmuşdun, yenə də olsun, incimirəm, haqqımı halal edirəm. Bir dəfə də yaman susamışdım, amma buna baxmayaraq mənə bir qurtum su vermədin. Bunu da bağışladım və haqqımı halal etdim.
Beləcə Allahın bu zəhmətkeş və məzlum heyvanı sahibinin ona etdiklərini bir-bir xatırladıb günahından keçdiyini, haqqını halal etdiyini deyir.
Və bir də sıra
gəlir bir məsələyə ki, burada dəvə deyir ki, heç cür haqqımı halal edə
bilməyəcəm. Nə idi bu məsələ? Onu sonda deyərik. İndi isə bu yazını yazdıran
səbəbə keçək.
Bu gün ölkəmizdə hər sahədə müşahidə edilən inkişaf danılmazdır. Ölkənin siması gündən-günə dəyişir. Hər tərəf yenilənir, insanların rifah halı yüksəlir. Bir zamanlar heç kimin tanımadığı Azərbaycan haqqında hətta Avropa, Qərb rəsmiləri də "güclü və varlı dövlət” ifadələri işlədir. Özü də əvvəllər bunu şübhə altına alanlar vardısa, bu gün artıq ölkəmizin güclü və varlı olması heç kimdə şübhə doğura bilmir. Biz də vətəndaş olaraq, ölkəsini sevən insanlar olaraq buna sevinirik.
Bir də diqqətimizi çəkən odur ki, kadrlardan getdikcə daha düzgün istifadə edilir. Yeni dünya texnologiyaları, davranış qaydalarını yüksək səviyyədə mənimsəmiş gənclər irəli çəkilir, onlara etimad göstərilir. Təbii ki, yaşlı nəsildən olanların da hamısının üstündən xətt çəkilmir. Onların arasında zamanla ayaqlaşa bilən, öz üzərində işləyərək inkişafa nail olanlar da ölkənin kadr potensialında öz yerini tutmağa davam edir.
Amma bəzən də elə olur ki, özünü, yerini bilməz adamlar da yanlış olaraq vəzifə başına gətirilir. Və bundan sonra gözləri ayaqlarının altını görmür, millətin başına çıxmağa başlayırlar.
Belələrinə balaca bir kabinet və kreslo bəs edir ki, özlərini hakimi-mütləq, padişahi-mülk sansınlar. Bu tiplər böyük-kiçik anlamaz, başqalarının işlərinə burun soxmağı normadan sayarlar. Onlara elə gələr ki, tutduqları kürsü də, elə bu dünya da əbədidir. Sanki bir gün bunlar vəzifədən enməyəcək, sanki bu dünyanı ömür-billah tutub duracaqlar. Ona görə də birisinin bunlara işi düşəndə özlərini qaldırıb dağ başına qoyarlar. Ədəb bilməz, ərkan anlamazlar. Adi bir salamı belə düz-əməlli almağı bacarmazlar. Daha doğrusu, salam almağın nə olduğunu belə anlamazlar. Təbiidir əslində bütün bunlar. Çünki layiq olmadıqları mərtəbəyə yüksəldikləri üçün özlərini bir zad sanarlar və insanlara yuxarıdan aşağı baxarlar.
Hələ bunlar bağışlanası hallardır.
Bağışlanması çox çətin, bəlkə də mümkünsüz olan bir hal da var.
Bir də görərsən səni aparıb belə özünübilməzlərdən birinə həvalə etdilər ki, bəs, bu adamın rəhbərliyi altında işləyəcəksən. Bax, əsl məsələ də elə bundadır.
Bu gün sağda-solda alimlərə başçılıq edən nadanlar, illərin təcrübəsini çiyinlərində daşıyan insanlara yol göstərmək üçün təyin edilənlər o qədərdir ki…
Bir şeyi izah etmək istərsən də anlamır ki, bunlar. Dərhal da sənə xatırladırlar ki, bəs, axı rəhbər mənəm, sən mənim dediyimi etməlisən. İndi beləsinə necə izah edəsən ki, səni indi kiminsə qohumu olduğun üçün üzündən keçə bilməyib bura təyin ediblərsə, bu, hamıdan ağıllı olduğun anlamına gəlməz. Yaxud da düşünüblər ki, gəncsən, təcrübə toplar, millətə fayda verərsən, ona görə təyin ediblər. Yəni aldanıblar…
Belələri ətrafda həddən artıq çoxdur. Həddən artıq, bəli. Bunlar danışıqlarını bilməz, məmur kürsüsünün özəl bir ədəb-ərkan tələb etdiyini ağılları belə kəsməz. Ona görə də adi bir vətəndaş hardasa bir söz deyəndə, bir əməl törədəndə ona küçə adamları səviyyəsində cavab verərək bütün kinlərini, nifrətlərini qusarlar. Halbuki vəzifə başında olan adam, əksinə, hətta ona kobudluq edənlərə belə təmkinlə, nəzakətlə cavab verməsini bilməlidir. Çünki məmur dediyin xalqın qulluqçusudur axı…
Nə isə, bu yazını
yazmağımın səbəbi bəlli olduğu üçün keçirəm dəvənin əhvalatının davamına.
Hə, dəvə gəlir mətləb üstünə. Deyir, o məsələylə bağlı haqqımı heç cür halal edə bilməyəcəm, üzrlü say. İndiki dildə desək, dəvə iddia edir ki, bunu da halal etsəm xarizmam zədələnər.
Sahibi də qayıdır ki, neynək, de görüm hələ nədir, baxarıq. Dəvə deyir ki, yadındadırmı, bir dəfə səhrada yol gedirdik, sən yorulmuşdun? Sahibi də qayıdır ki, bir dəfə nədir, dəfələrlə olub ki, belə yol getmişik, elə sən də, mən də yorulmuşuq. Dəvə qayıdır ki, hə, düzdür. Amma bir dəfə heç yadımdan çıxmayacaq bir hadisə olmuşdu. Sən yorulmuşdun, taqətin qalmamışdı. Götürdün mənim ipimi bağladın eşşəyin quyruğuna. Eşşək öndə, mən də ardınca yola davam etdik. Bax, onu sənə heç cür bağışlaya bilmərəm və haqqımı da halal etmirəm…
Dəvə yiyəsi baxır
ki, doğrudan da elə bir günah edib ki, bunu heç o dünyada da yuyub qurtara
bilməyəcək. Beləcə dəvəsindən halallıq almadan gözünü yumur dünyaya…
Yəqin ki, arif oxucular anladı nə demək istədiyimizi. Ona görə də sözümüzü burda bitirək və arzu edək ki, bir daha bu mövzuya qayıtmalı olmayaq…
Söz ardı olaraq
sadəcə əlavə edim ki, bu mövzu illərdir məni rahatsız edirdi. Hər dəfə də
yazmaq istəyəndə, lənət şeytana deyib keçirdim. Deyirdim, başqa cür anlarlar.
Amma ətrafda gördüklərim, eşitdiklərim məcbur edir ki, artıq düşündüklərimi
qələmə alım. Aldım da. Necə deyərlər, paylı payını götürsün…
"WhatsApp" istifadəçilərinə xəbərdarlıq: "Bu, böyük risk yaradır"
Afrikada nazir və məmurların olduğu təyyarə qəzaya uğrayıb - FOTO
"Bir həftədir Londondayam" - Əbülfəs Qarayev
Mətbuat katibi əvvəl vecinə almır, sonra isə... - Baş redaktor yazdı, "bizlik deyil" deyən qurum rəsmisi bu dəfə elə hərəkət etdi ki...
Fərhad Quliyev bu qurumdakı vəzifəsindən də azad edildi
İlham Əliyevdən fərman: Mərkəzi icra hakimiyyəti orqanlarının Əsasnaməsi təsdiqləndi
Bu axşam 4-cü avtomobil öz sahibini tapacaq - “Nar”da böyük həyəcan
Axtarışda olan şəxs Rusiyadan Azərbaycana ekstradisiya edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Peşəkar Futbol Liqasının rəsmisi UEFA-dan təyinat alıb
Almaniya neonasistləri axtarır: 535 nəfər gizlənib
Sergen Yalçın əməliyyat olunub
Ziya Məmmədovun ən sadiq kadrı yüksək vəzifəyə çəkildi - ADY-də maraqlı təyinat oldu (FOTO)
Peskov: "Rusiya NATO ilə müharibə tərəfdarı deyil, ancaq..."
Rəsmi Moskva: "Putinlə Tramp arasında görüş..."
Sosial şəbəkədə dələduzluq - Yüzlərlə şəxsi aldadan şəxslər tutulub
Əhməd Oruc insult keçirib: "Vəziyyəti ağırdır, reanimasiyadadır"
SOCAR-ın sabiq vitse-prezidentinin oğlu axtarışa verildi - Səbəb
SABİQ NAZİRİN OĞLUNUN MOSKVADAKI BİZNESİ: 16 milyon zərər var
"Qarabağ" azarkeşlərə müraciət edib
Bakı Hərbi Məhkəməsinə yeni hakimlər ezam edilib
İCRA BAŞÇISININ MÜAVİNİ DÖYÜLDÜ - İH-də dava + FOTO
"O ki qaldı Anarın arabada sosial şəbəklərdə yayılan şəklinə..." - Rəşad Məcid yeni foto yaydı
AVP-dan istefalar başlayıb: 44 nəfər üzvlükdən çıxmaq üçün ərizə yazıb - Elçin Ağamalı məhkəməyə hazırlaşır
Xidməti otaqda intim oyunlar - Polkovnik azadlığa çıxdı
Qənimət Zahidov Baş Prokurorluğa çağırıldı - Açıqlama yayıldı
Asiya İnkişaf Bankının prezidenti “Veysəloğlu”nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış olub - FOTOLAR
AGENTLİK İŞÇİSİ MİNAYA DÜŞDÜ - Ermənistanla sərhəddə
İlham Əliyevin UzA-ya müsahibəsi: Türk dünyasında yeni strateji müttəfiqlik erası - Deputat yazır
Müğənni: "Manaf Ağayev də videonu sildirib"
İran süni yağış yağdırır - Rəsmi Tehran quraqlıqlara qarşı yeni layihələrə başlayıb
Türklərin 36 faizi heç bir partiyaya inanmır - SORĞU
ABŞ dövlət katibinin müavini Azərbaycana gəlir - Bu həftə
İrandan Azərbaycana PUA vasitəsilə narkotik keçirmək istəyiblər
Daha bir bank bayraqla bağlı paylaşımda kobud səhvə yol verdi - FOTO
Sabah yağış yağacaq
PKK İraqın bu bölgəsindən geri çəkilib - Türkiyəyə görə
Çempionlar Liqasına "tarixi imza atan" qadın pilot oldu - FOTO
Livanda BMT əsgərləri tankla atəşə tutulub
Mədəniyyət Nazirliyi məlumat yayıb