Qulu Məhərrəmli canlı efirdəki xətalardan danışdı

img

24-01-2015 [14:02]


"Yanvarın 23-də Xəzər televiziyasında gənc və təcrübəsiz müğənni-aparıcının oxududuğu mahnının təsiri ilə emosional şəraitdə Azərbaycan manatı ilə bağlı hörmətsiz davranışa yol verməsi arzuolunmaz və məyusedicidir. Lakin verilişlərində həmişə milli-mənəvi dəyərləri qoruyan, dövlətçiliyi öndə saxlayan TV rəhbərliyininnin belə xoşagəlməz insidenti dərhal pisləməsi, tədbirlər görməsi, yanlışlığa yol verənləri cəzalandırması və tamaşaçılardan üzr istəməsi onu gümün etməyə əsas verir ki, belə davranışlar təkrarlanmayacaq

Bu sözləri mia.az-a professor Qulu Məhərrəmli deyib. "Ona görə də bu olayla bağlı ucuz "vətənpərvərlik şousu” düzəltməyə gərək yoxdur” deyə tanınmış televiziya mütəxəssisi əlavə edib.

Q.Məhərrəmli onu da bildirib ki, bəzi telekanallar zəif və bayağı verilişlərinə görə, onsuz da kifayət qədər kəskin tənqid olunur, lakin canlı efirdə baş vermiş hanısısa təsadüfi davranışa və ya düşünülmədən deyilmiş sözə görə TV-lərə hücüm etmək qəbulolunmazdır. Q.Məhərrəmli bunu da vurğulayıb ki, öz növbəsində, geniş tamaşaçı auditoriyası olan ANC, Xəzər və ATV kimi telekanallar canlı efirdə baş verən xoşagəlməz təsadüflərdən xilas olmaq yolları haqqında ciddi düşünməlidirlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR