28-01-2015 [17:21]
"Xəzər” televiziyasında yayımlanan "Hər şey daxil” verilişinin aparıcıları Sevil - Sevinc bacılarının canlı yayımda milli valyutamız olan manatı cırması Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə prodüser Toliki üz-üzə qoyub. Belə ki, prodüser partiya sədrinin əkizləri tənqid etməsinə qarşı çıxıb.
Qeyd edək ki, H.Hacıyev oxu.az-a bildirmişdi ki, sözügedən əkizləri efirə buraxmaq lazım deyil. Partiya sədri Sevil və Sevinclə üz-üzə gələcəyi təqdirdə onların üzünə tüpürəcəyini demişdi:
"Biz bilmirik o bacılar hansı barda tərbiyə alıblar, amma onların canlı efirdə milli manatı cırması Azərbaycan Konstitusiyasını, Azərbaycan xalqını təhqir etmək deməkdir. Onlar o tərbiyəyə malikdirlər ki, çıxıb canlı efirdə Azərbaycanın milli manatını cırırlar. O bacıların hələ ki, ölkəmiz üçün bir qəpik də olsun xeyri dəyməyib. Belə şeyləri mən kəskin pisləyirəm”.
Tolik isə "Instagram” səhifəsində Hafiz Hacıyevin fikirlərinə qarşı çıxaraq, əkizləri müdafiə edib. Hətta Hafiz Hacıyevdən açıqlama alan jurnalisti təhqir etməkdən belə çəkinməyib:
"Mən sabah vəkilimə deyəcəyəm. Kül bundan müsahibə alan jurnalistin başına. Onun başı çatmır, sizə nə gəlib, ay savadsızlar”.
Prodüser bununla da kifayətlənməyərək Hafiz Hacıyevlə yanaşı Vüsal İbrahimli adlı istifadəçini də ağır təhqir edib
Publika.azməsələ ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin fikirlərin öyrənib. Hafiz Hacıyev prodüserin yazdıqlarına çox sərt reaksiya verərək bunları deyib:
"Mən Azərbaycan cəmiyyətində çox şey, o cümlədən Əli Kərimli kimi insanların böyük dəstəsini, digərlərini görmüşəm. Amma incəsənətdə, mədəniyyətdə Tolik kimi bənzərsiz adam görməmişəm. Toliki gecə saat 9-dan sonra "Azadlıq prospekti” metrosunun yaxınlığında müəyyən adamlarla o vəziyyətdə görəndən sonra deyirəm ki, Allah Əli Kərimlinin evini yıxsın, Azərbaycana bu xəstəliyi haradan gətirdi?! Hər axşam həmin metronun ətrafındakı parkda gəzirəm. Onun həmin biabırçılığını görürəm və ondan sonra Tolikin prodüserlik etdiyi insanlara da mənim yazığım gəlir. Bir dəfə özünüz də vaxt tapın, kamera götürün. Mən hələ Avropa dövlətlərində o cür hərəkətlər görməmişəm. Onların kasetlərinə də, efirlərinə də baxmşam. Çox təəssüf edirəm ki, Azərbaycanda Tolikdi, nədi, belə bir adam var”.
Partiya sədri bildirib ki, hətta bir neçə dəfə bunula bağlı polisə müraciət etmək istəsə də, sonradan fikrindən vaz keçib:
"Biz - bəzi partiya sədrləri hər axşam təmiz havada müzakirələr aparırıq. O vəziyyəti görəndə nifrət etdik ki, bunun qarşısını niyə almırlar? Doğrusu, istədim ki, polis bölməsinə zəng edəm. Sonra fikirləşdim ki, onu prodüseri olduğu xalq artistinə mənim hörmətim var. Əli Kərimlin başa düşürük ki, xəstədir. Bu, ondan on qat artıq xəstədir. Belə xəstə adamın metalitetlə və digər məsələlələrə bağlı münasibət bildirməsi Azərbaycan xalqını təhqir etməkdir”.
Hafiz Hacıyev söhbətin sonunda gözlənilməz təkliflə çıxış edib: "Hər halda, görürəm Tolik məni yaman arzulayır. Bir axşam çalışaram da… Bir az belə şeylər pisdir və belə şeylərə meylli deyilik. Amma çalışarıq ki, nəsə edək... Onu məhkəməyə verməyə ehtiyac yoxdur. Avropa ən pis ənənələrini Azərbaycana sırıdı. Buna Azərbaycan xalqı çox pis baxır. Avropanın özünün nə qədər çirkin oyunları var idisə, hamısını müsəlman dövlətlərinə transfer etdi. Bununla bağlı bir qanun olsa, pis olmazdı. Çünki belə insanlar Azərbaycanın milli mentalitetinə zərbə vururlar. Tolikkimilərin öz dəstəsini artırmaması üçün çalışmamalıyıq. Axşamlar metronun ətrafında özünə bənzər insanları yığıb orada xoşagəlməyən hərəkətlər edir. Onu metroya girən-çıxan hər kəs müşahidə edir. Eləsinin Azərbaycan cəmiyyətində yeri yoxdur”.
Məsələ ilə bağlı Tolikin də mövqeyini öyrənməyə çalışacağıq.
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir
MƏNBƏNİN AÇIQLANMASI - "Media haqqında" qanuna dəyişiklik olacaq
İordan çayının Qərb Sahilində gərginlik yaranıb
Kəndlər niyə boşalır? - SÜJET