Rəsmi Bakıdan ABŞ səfirliyinə qadağa qoyulub

img

26-01-2015 [14:11]


Azərbaycan hökuməti ABŞ-la əvvəllər imzalanmış müqaviləyə əsasən Bakıda bu ölkə üçün səfirlik binası tikilməsinə icazə verməkdən imtina edib. 

Bu barədə "Turan”a məlumatlı diplomatik mənbələrdən bildirilib.

Xəbərdə deyilir ki, bundan sonra dövlət katibi Con Kerri 2014-cü ilin fevralında prezident İlham Əliyevə məktub ünvanlayaraq rəsmi Bakını əməkdaşlığa çağırıb.

Agentlik qeyd edir ki, ABŞ üçün yeni səfirlik binasının tikilməsi zərurəti çoxdan yaranıb. Səfirliyin hazırda yerləşdiyi binanın 100 yaşı var və o, müasir standartlara cavab vermir, üstəlik çox balacadır.

"Səfirliyin indiki binası acınacaqlı vəziyyətdədir. Menecerlər onu normal vəziyyətdə saxlamağa çox çalışsalar da binada vəziyyət normal deyil. Azərbaycan hökuməti səfirliyin yeni kompleks tikintisi üçün yeni ərazi almaq cəhdlərinin qarşsını dəfələrlə alıb” - deyə ABŞ Dövlət Departamentinin 2014-cü ilin aprel-may aylarına dair hesabatında bildirilir.

Hesabatda həmçinin bildirilir ki, "vətəndaş cəmiyyətinə təzyiq tendensiyalarına” baxmayaraq Azərbaycan ABŞ-ın regiondakı ən vacib tərəfdaşıdır.

Bununla belə sənəddə o da vurğulanır ki, "ABŞ səfirliyinin Azərbaycan hökumətinin rəsmi şəxsləri ilə hətta qarşılıqlı maraq doğuran sahələrdə də konstruktiv əməkdaşlıq münasibətlərini qaydaya salmaq səyləri seçkidən sonra çətinləşib”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA