Azərbaycan milisinin oyunu qumara qoyulub! - Qazaxıstandan şok iddia

img

27-01-2015 [21:45]


Azərbaycan yığmasının oyunu qumara qoyulub.

Belə bir iddia ilə Qazaхıstanın sportinfo.kz saytı çıхış edib.

Həmkarlarımızın iddiasına görə, AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində 2011-ci ilin 3 iyununda Astanadakı "Astana Arena"da keçirilmiş Qazaxıstan - Azərbaycan oyununun nəticəsi öncədən razılaşdırılıb.

Hücumçu Sergey Qridinin klubsuz qalmasına toxunan həmkarlarımız belə yazıblar: "Daha çox "Tobol"la oyuna və AVRO-2012-nin seçmə mərhələsi çərçivəsində Azərbaycanla danışılmış oyunda vurduğu qollarla yadda qalan Qridin indi özünə klub tapa bilmir". 

Qeyd edək ki, həmin oyunda Qazaxıstan 2:1 hesabıyla qalib gəlmişdi. Sergey Qridinin 57-ci dəqiqədə hesabı açdığı oyunun 63-cü dəqiqəsində Vüqar Nadirov meydan sahiblərinə cavab vermişdi. Amma Qridin bundan 5 dəqiqə sonra dubla imza ataraq qazaxlara qələbə qazandırmışdı(Anspress).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA