Nijeqorodda azərbaycanlı şura sədrinin təşəbbüsü ilə tədbir keçirilib - FOTO

img

23-01-2015 [19:15]


Rusiyanın Nijeqorod vilayətinin Ağsaqqalar Şurasının sədri Hacı Tərlan Əliyevin təşəbbüsü ilə 20 yanvar şəhidlərinin  xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. 

Mia.az-a verilən məlumata görə, tədbirdə Nijeqorod vilayətinin diasporundan 150 nəfərə yaxın nümayəndə iştirak edib.

Tədbirdə çıxış edən Hacı Tərlan Əliyev şəhidlərimizin Azərbaycanın müstəqilliyi yolunda həyatlarını qurban verdiyini, onların xatirəsinin daim Azərbaycan xalqının yaddaşında yaşayacağını vurğulayıb. O qeyd edib ki, Azərbaycandan uzaq yaşamalarına baxmayaraq, Nijeqoroddakı həmyerlilərimiz Azərbaycanın tarixi, mədəniyyəti və onun irsinin təbliği ilə dərindən məşğul olur, Azərbaycanı burada, yəni yaşadıqları şəhərdə layiqincə təmsil edirlər. Bundan əlavə, T.Əliyev çıxışında soydaşlarımızın qarşılaşdığı problemlərin həlli ilə də daim məşğul olduqlarını deyib.

Məlumata görə, tədbirdə Azərbaycan Respublikasının himni səsləndirilib, şəhidlərimizin ruhuna Qurandan surələr oxunulub.

Sonra tədbir iştirakçılarına "Qanlı Yanvar" filmi nümayiş olunub. Tədbirin sonunda şəhidlərin xatirəsinə ehsan süfrəsi verilib.

Qeyd etmək lazımdır ki, Hacı Tərlan Əliyev Nijeqorod azərbaycanlıların arasında böyük nüfuza və hörmətə malikdir. O, Aazərbaycan diasporunun fəaliyyətində aparıcı rol oynayır.      

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA