Amerikalı konqresmen Azərbaycanla bağlı bəyanat verdi

img

23-01-2015 [12:40]


ABŞ konqresmeni Cin Qrin 20 Yanvar Faciəsinin 25-ci ildönümü münasibətilə Konqresdə bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Mia.az-a daxil olan məllumata görə, o, 20 yanvar 1990-cı ildə Azərbaycandakı müstəqillik hərəkatını yatırmaq üçün sovet qoşunlarının Bakıya yeridildiyini və nəticədə böyük faciənin baş verdiyini bildirib.  Sovet hökuməti tərəfindən günahsız insanların kütləvi qətliamının Azərbaycan xalqının müstəqillik uğrunda mücadiləyə daha ihlamlandırdığını vurğulayan konqresmen, bu mücadilənin Azərbaycanın müstəqilliyini əldə etməsi ilə nəticələndiyini qeyd edib. 

Konqresmen Qrin Azərbaycan və ABŞ-ın qarşılıqlı etibar, anlayış və dəstəyə əsaslanan yaxın münasibətlərini təqdir edərək, Xəzər dənizi regionunda həyati rol oynayan Azərbaycana ABŞ-ın davamlı dəstək göstərməsinin əhəmiyyətini vurğulayıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA