Abbas Abbasov revanş aldı - Soyün Sadıqovun ən yaxın adamı geri çəkildi

img

23-01-2015 [14:00]


Rusiya Azərbaycanlılarının Federal Mədəni Muxtariyyətinin Federal Şurasında gərginlik səngimək bilmir.
 
Təşkilatda yaranmış parçalanma dərinləşib və artıq "Azərros”un Məclis sədri Mehriban Sadıqova qurumun rəsmi saytında bəyanatla çıxış edib.
 
Ağsaqqallar Şurasının sədri Abbas Abbasova yaxınlığı ilə seçilən təşkilat prezidenti Asif Məhərrəmovun istefasından sonra vəziyyət daha da dramatikləşib və Məclis sədri Mehriban Sadıqova Söyün Sadıqova qarşı çıxıb.
 
Məclis sədri çıxışında Ağsaqqallar Şurasının sədri Abbas Abbasova dəstək verib: "Bu qurumun bəzi üzvləri hüquqi və qanuni sayıla bilməz. Bir qrup şəxs öz maraqlarına xidmət edir, "Azərros”da hakimiyyəti ələ keçirməyə çalışır. Onların fəaliyyəti "Azərros” və Rusiya qanunvericiliyinin müddəalarına ziddir”.
 
Qeyd edək ki, M.Sadıqova S.Sadıqovun "Azərros”dа prezidentliyi dönəmində onun katibəsi işləyib. Həmin vaxtlar Sadıqovun yanında tanınmış və nüfuzlu heç kim olmadığı üçün Mehriban Sadıqova "Azərros”da əvvəl dəftərxana müdiri, sonra prezident köməkçisi təyin olunub. Onların soyadları eyni olsa da, qohum deyillər. Xanım Sadıqova əslən qarabağlı, Sadıqov isə gürcüstanlıdır.
 
Sonra xanım Sadıqova vitse-prezident vəzifəsinə gətirilib. Hələ o vaxt da bir çoxları onun bu yüksəlişini həzm edə bilməyib. Çünki Sadıqovanın nə idarəçilik, nə də diaspor quruculuğu təcrübəsi var. Təşkilatın üzvləri bir zamanlar katibə olmuş birinin onlara rəhbərlik edəcəyini qəbul edə bilmirlər. Maraqlıdır ki, Sadıqovun sayəsində indiki postuna qədər irəliləyə bilən M.Sadıqova A.Abbasova dəstək verən çıxışlar edir.
 
Xatırladaq ki, az öncə keçirilən qurultayda Azərbaycan baş nazirinin keçmiş birinci müavini Abbas Abbasov təşkilatın Ağsaqqallar Şurasının sədri vəzifəsindən kənarlaşdırılıb. Bunu həzm etməyən Abbasov isə revanşa qərar verib. Hazırda qurumun bəzi strukturlarının, o cümlədən "Azərros”un saytının Abbasovun nəzarətində olduğu bildirilir.
 
Abbasovun hətta eyniadlı qurum qeydiyyatdan keçirərək, təşkilatı parçalamağı hədəflədiyi də iddia olunur(axar.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA