Müsavat sədri şikayətçi oldu, icra başçısı hərəkətə keçdi

img

22-01-2015 [20:46]


Masallıda yerli İcra Hakimiyyəti orqanlarından şikayət etmək artıq cinayət sayılır. 

Belə bir vəziyyəti yaradan rayonun icra başçısı Rafil Hüseynov və ətrafındakı əyan-əşrafı hesab edir ki, onlara hər şey etmək olar, amma camaat haqqını tələb edə bilməz. Elə ona görə də, şikayətçi düşmüş vətəndaşları sıxışdırmaq üçün bütün vasitələrə baş vururlar. 

Müsavat Partiyası Masallı rayon təşkilatının sədr müavini Kərim Kərimli də rayon rəhbərliyindən, onların yürütdüyü siyasətdən şikayətçidir. Elə buna görə də, onu «zərərsizləşdirmək» üçün addımlar atmağa başlayıblar. 

Kərimli bildirib ki, son bələdiyyə seçkilərinə qatıldıqdan sonra səsləri oğurlanıb və bundan sonra haqlı olaraq haqqını tələb etməyə başlayıb. O qeyd edib ki, həqiqəti dediyi üçün dəfələrlə rayon rəhbərliyi tərəfindən şantaj və təhdid edilib. Son bələdiyyə seçkilərində yaşanan biabırçılıqdan sonra isə vəziyyət bir qədər də dəyişib. 

O bildirib ki, 3 ay bundan öncə Masallı rayon Hərbi Komissarlığında axırıncı müddət üçün təkrar həkim komissiyasından keçib. Bu gün isə yenidən onu təkrar həkim komissiyasında müayinədən keçmək üçün çağırıblar. «Hələ 2 il bundan öncə Masallı rayonu İcra Hakimiyyəti bir başa (həmin vaxt icra nümayəndəsi işləyən, indi isə Qızılağac bələdiyyəsinə mənim səslərimi oğurlayaraq sədr seçilən) Şamil Məmmədova məni narkomanlara şərlətdirmək tapşırılmışdı. Ş. Məmmədov həmin vaxt tapşırığı qeyri-peşəkar yerinə yetirdiyi üçün arzuları gözlərində qalmışdı. Maraqlı odur ki, indi "narkoman" rolunda Masallı Hərbi Komissarlığı seçilib»(Jam.az). 

Qarşı tərəfi də dinləməyə hazırıq. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA