"Mübarizəni ölkənin içində aparmaq lazımdır" - Bəhruz Salmanov

img

23-01-2015 [16:38]


Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan ictimai-siyasi proseslərinin gündəmindədir. Ən pisi odur ki, Azərbaycan lideri dünya müstəvisinə çıxır, ölkənin maraqlarını ifadə edir, bəzi radikal qüvvələr bu səfərə qara yaxmağa çalışırlar.

Bu barədə açıqlama verən politioloq Bəhruz Salmanov deyib ki, Azərbaycanın prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri Qərbin məcburi yumşalmasını göstərdi. Onun sözlərin görə, kanslerin jurnalistlərin suallarının cavablamasında da bu açıq hiss olunurdu: "Səfər zamanı xoşagəlməyən halların da baş verdiyi barədə məlumat yayılıb. Hansısa etiraz, hətta etiraz düz olsa belə, amma məkanı düz deyil. Bilirsiz, mən ümumən Azərbaycan iqtidarının Azərbaycan vətəndaşları tərəfindən xaricdə və ya xarici nümayəndəliklərin qarşısında etiraz olunmasının tərəfdarı deyiləm. Heç kəs öz ailəsinin məsələlərin icitmaiyyətə çıxartmır. Bu iqtidar hətta bəzilərinin düzgün qeyd etmədiyi və şişirtdiyi dərəcədə pis olsa da, bunu xarici ölkə nümayəndəliklərinin qarşısında açıqlanmasının düzgün olmadığını hesab edirəm. Bu məsələnin siyasi tərəfi xarici ölkələrə sərf eləyir. Belə ki, bu addımlar iqtidarla icitimaiyyət arasında bir uçurumun yaranmasına xidmət etmiş olur. İqtidara təzyiq mexanizminə, bir təsir vasitəsinə çevrilir. Sabah da ölkəyə hansısa öhdəliklər qoyulur. Təbii ki, ölkənin bütün sahələrində o cümlədən, siyasi sahədə də geniş islahatlara ehtiyac var. Amma belə tənqidləri ölkədən kənarda yaşayaraq yox, ölkə içində olmaqla, siyasi və hüquqi müstəvidə mübarizə aparmaqla etmək lazımdır. İnanın ki, heç bir ölkənin bizə canı yanmır əsasən də Qərbin. Çünki bunların "canyananlığının” nəticəsini Əfqanıstan, İraq, Liviya, Suriya, Fəslətin və s. ölklərdə görürük. Mənim təklifim bəzi siyasi qurumlar kimi mübarizəni ölkənin içində olaraq aparmaqdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA