Kolumbiyanın tanınmış xəbər portalı Azərbaycandan yazdı - Məqalə

img

22-01-2015 [10:01]


Kolumbiyanın ən tanınmış siyasi mətbuat orqanlarından biri olan "TNN”  xəbər portalında "Azərbaycan, 20 yanvar 1990-cı il” (Azerbaiyán enero 20 de 1990) sərlövhəli məqalə yayımlanıb. 

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı səfirliyindən Mia.az-a verilən məlumata görə, məqalədə əvvəlcə Azərbaycanın xüsusən 70-ci illərdən başlayaraq iqtisadi, mədəni və elmi cəhətlərdən sürətli inkişaf edərək SSRİ-nin tərkibində ən mühüm müttəfiq respublikalardan birinə çevrildiyi qeyd olunub. Eyni zamanda, M.Qorbaçovun rəhbərliyi ilə SSRİ hakimiyyət dairələrinin Azərbaycana qarşı qərəzli siyasətindən, SSRİ rəhbərliyinin dəstəyi ilə qonşu Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından və beləliklə Dağlıq Qarabağ münaqişəsinin yaranmasından söz açılıb. 

Bundan əlavə, SSRİ rəhbərliyinin bu çirkin oyununa qarşı səsini ucaldan və sonradan Azərbaycanda müstəqil dövlətçiliyin əsasını qoyan Heydər Əliyevə qarşı totalitar rejimin təzyiqlərindən, Azərbaycanda azadlıq hərəkatının başlamasından və bu hərəkatı boğmaq üçün M.Qorbaçovun göstərişi ilə sovet qoşunlarının 20 yanvar 1990-cı ildə Bakıya yeridilərək mülki əhaliyə qarşı kütləvi qətliam törətməsindən bəhs olunub.

Məqalədə Azərbaycanda azadlıq hərəkatının qalib gəldiyi, ölkəmizin öz müstəqliyini ikinci dəfə bərpa etdiyi bildirlib və Azərbaycanın siyasi-iqtisadi cəhətlərdən inkişaf edərək regionda ən güclü dövlətlərdən birinə çevrildiyi qeyd olunub.

Məqaləni http://www.tnnpoliticas.com/author/admin/ linki vasitəsi ilə oxumaq olar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA