17-01-2015 [21:46]
Həmişə düşünürdüm və bu gün də inanmaq istəyirəm ki,
Rusiya sanksiyalara görə geri çəkilmək məcburiyyətində qalacaq. Amma, cənab
Putin bunun üçün hələ ki, əsas verməməkdədir. Əksinə, siyasi oyunlar daha da
qızışır.
Başlayaq Osvensim ölüm düşərgəsindən. 27 yanvarda
bütün Avropa Osvensimə gələrək qurbanları yad edəcəklər. Amma, deyəsən Putin
getməyəcək. Xarici mətbuatdan oxuduğuma görə o həmin vaxt Çexiyaya getmək və
Terezienştadt həbs düşərgəsini ziyarət etmək fikrindədir. Üçüncü Reyx
tərəfindən İkinci dünya müharibəsi dövründə, 1941-ci ildə
gestapo həbsxanası bazasında yaradılan Nasist həbs
düşərgəsində 140 min əsir olub. 33 mini ölüb, 88 mini Osvensim və digər ölüm və
əmək düşərgələrinə göndərilib. 9 may 1945-ci ildə Sovet ordusu tərəfindən azad
edilib.
Burada maraqlı cəhət nədir?
Putin Avropa Birliyi dövlətləri arasına şübhə və
inamsızlıq toxumu səpir. Artıq Çexiyanın prezidenti Miloş Zeman Rusiyaya qarşı
sanksiyalara etiraz edir və Putinin tərəfini saxlayır. Eyni münasibət və daha
artığını Məcarıstanın baş naziri Viktor Orban sərgiləyir. O, demək olar ki,
Putini dəstəkləyir. Bundan başqa, Putin artıq digər Avropa Birlyi dövlətlərinin
də kürkünə birə salıb. Avropa Birliyinin ən güclü iqtisadiyyatlarından biri
olan Fransa da Rusiyaya qarşı sanksiyaları yumşaltmaq istəyindədir. Putinin
təbliğatı belə gedir ki, Avropa dövlətləri Almaniya və Böyük Britaniyanın
əsarətindən xilas olmalıdırlar.
Qayıdaq Osvensimə. 1945-ci il yanvarın 27-də Sovet
Ordusu Osvensim ölüm düşərgəsini azad edib. Məhz, Sovet ordusu. Görünən budur
ki, Polşa Putini dəvət etmək istəmir. Çünki, dəvət etsə, o Avropa liderləri ilə
birlikdə oturacaq, görüşəcək və danışmalı olacaq. Ən güclü söz də ona məxsus
olacaq. Onun təmsil etdiyi imperiya, məhz xilaskar olub.
Osvensim ölüm düşərgəsi II Dünya Müharibəsi zamanı
nasist Almaniyası tərəfindən Polşada qurulmuşdu. Ocvensim ölüm düşərgəsi
müharibə dövrünün bu qəbildən olan ən irimiqyaslı düşərgələrindən biri
olmuşdur. Düşərgədə 100 minlərlə polşalı və bir sıra Avropa ölkələrindən
gətirilmiş yəhudilər əsirlikdə saxlanılırdı. Əsirlərin çoxu qaz kameralarında
öldürülmüşdü. Sovet Ordusu Osvensim düşərgəsini azad edəndə orada cəmi bir nəçə
min əsir olub.
Bəs, bu hadisələr bizə nə vəd edir?
Avropa Birliyi ilə Rusiya arasında vəziyyət daha da
dərinləşə bilər. Bundan əlavə, Rusiya əməkdaşlıq qütbü və vektorunu dəyişir.
Putin üzünü Şərqə çevirib və Asiya ölkələri ilə daha yaxından əməkdaşlıqda
maraqlıdır. Putin Avropada itirdiklərini Asiya ilə kompensasiya etmək
niyyətindədir. Çin və Hindistan ilə bağladığı müqavilələr buna misaldır. Bu
ayrılığın siyasi tərəflərini də Putin Avropa üçün daha ağır etmək istəyir.
9 mayda Qələbə
günü qeyd ediləcək və bunu cənab Putin xüsusi canfəşanlıqla etmək istəyindədir.
ola bilsin ki, Avropa liderləri də Moskvaya gəlməyəcəklər. Çünki, Putin Şimali
Koreya lideri Kim Çen In-ı Qələbə gününə dəvət etmək istəyir. Təsəvvür
edək ki, Angela Merkel, David Cameron və Fransua Olland Kim Çen In ilə birlikdə
dayanıb parada baxanlara əl
sallayırlar. Allah bizi belə gündən qorusun. Həmin gün
kommunistlər Azərbaycanda çevriliş edərlər.
Avropa Birliyi və Rusiya arasında uçurum dərinləşir.
Uçuruma kim düşəcək, onu bilmirik. Təbii ki, uçuruma indiki zamanda heç kim düşmür.
Hər kəsin asılacağı bir paraşüt var. Amma, əzilmək və sınmaq ehtimalı böyükdür.
Bu arada qeyd edək ki, Rusiyada
"Anti-Maydan" hərəkatı yaradılıb. Missiyaları Rusiyada Maydan
törətmək istəyənləri öldürməkdir. Uçurum gözlədiyimzidən də sürətli yaranmaqdadır.
Razi Nurullayev,
"Region" Beynəlxalq Analitik Mərkəzin
rəhbəri, politoloq
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır
YAP-ın rayon təşkilatının keçmiş sədri hakim qarşısında - Şahidlər ifadə verdi, vəsatət rədd edildi
“Arash Estetik” klinikası cərmələndi - Səbəb
Sabah yağış yağacaq
Rəsul Çunayev vəzifəyə təyin olunub
Türkiyədə pişiyi öldürən sürücüyə maraqlı cəza verildi - Bir ay...
Prokurorluğa yeni səlahiyyəti verilir
Uşağın vətəndaşlıq və ad almaq hüququ dəyişir