“Soydaşlar Haqqında Qanun” layihəsində nələrdən söz açılır? - Zəlimxan Məmmədli

img

17-01-2015 [22:02]


Zəlimxan Məmmədli, "BORÇALI" İB-nin sədri

"Miqrasiya haqqında" Qanunda əcnəbilərin statusundan söhbət gedərkən məlum olur ki, bizim üçün Azərbaycan Respublikasının vətəndaşı olmayan hər bir azərbaycanlı da əcnəbi sayılır. Yəni Gürcüstanda yaşayan, Güney Azərbaycandan, Dərbənddən olan Azərbaycan türkünün bir ingilisdən, afrikalıdan fərqi yoxdur. Qanun müzakirə olunan vaxt millət vəkili, hörmətli Fazil Mustafa etraz edərək, Azərbaycan dövlətinin dünyanın harasında yaşamasından asılı olmayaraq soydaşlarımıza sahib durmasının vacibliyini bildirib. İndi isə millət vəkili növbəti sessiyalarda soydaşlarımızla bağlı məsələ qaldıracağını bildirib. Təşəbbüsü dəstəkləyir və təşəkkür edirik. 

"Borçalı” İctimai Cəmiyyəti son 4 ilə yaxındır ki, bu problemlə ardıcıl məşğul olur, konfranslar, dəyirmi masalar keçirir, Dövlət hakimiyyət orqanlarına rəsmi müraciət ünvanlayıb, təkliflər paketini Millət vəkillərinə adlı ünvanlayıb, maarifləndirici bukletlər hazırlayıb , yaymışdır. Son olaraq Azərbaycan dövlətinidən kənarda yaşayan soydaşlarımıza xüsusi imtiyaz verən "Soydaşlarımız haqqında qanun” qəbul olunması təklifi ilə çıxış etmişdir. Borçalı Cəmiyyəti bu məsələ ilə bağlı millət vəkillərimizlə işbirliyində olmağa hazır olduğunu bildirir və təklifləri bölüşməyə haqzırdır. İlk olaraq aşağıdakı qanun layihəsini təqdim edirik.

"Borçalı” İctimai Cəmiyyətinin hazırladığı "Soydaşlar Haqqında Qanun” layihəsində, əsasən aşağıdakılar ehtiva olunur:

- SOYDAŞLAR KİMDİR?  

Harada yaşamasından asılı olmayaraq bütün azərbaycan türkləri, Azərbaycanla bağlılığını tarixi və hüquqi aspektdə təsdiq edən sənədi olan kəslər, Azərbaycanlı ilə ailə qurmuş, azərbaycana sədaqətini rəsmi bildirən əcnəbi

- SOYDAŞ STATUSU NƏ DEMƏKDİR 

Soydaş statusu leksik quruluşumuza uyğun olaraq əcnəbidən, yuxarıdakı koteqoriya insanları fərqləndirən, mənəvi və hüquqi məsuliyyət yaradan imtiyazdır.

- SOYDAŞ STATUSUNU KİM VERİR? 

Azərbayanın xarici ölkələrdə konsul xidməti idarələri müvafiq sənədlər təqdim edilib, etibarlılığı yoxlanıldıqdan sonra, XİN-nin qərarı ilə "Soydaş” vəsiqəsi təqdim edir. "Soydaş”lar bütün diplomatik və təhlükəsizlik orqanlarının reyestrində qeydə alınırlar. Təsdiq olunmuş "soydaş” statusu ilə Azərbasycan sərhəddinə gələn vizalı ölkə vətəndaşlarına yerində viza verilir, vizasız dövlət vətəndaşları isə sadə giriş qaydaları ilə ölkəmizə daxil olurlar. Ölkəmizə daxil olan "soydaş” statuslu şəxs yaşayış yeri üzrə Miqrasiya İdarəsində 3 ay müddətinə qeydə alınır. Digər istisna hallarda bu müddət dəyişdirilə bilər. 

- "SOYDAŞLARIN İMTİYAZALRI 

Soydaşlar Azərbaycanı milli dövlət kimi qəbul edirlər, statusu təsdiq olunmuşlar ölkəmizə daha sadə prosedurlarla daxil ola, maneəsiz 3 ay yaşama haqqı qazanırlar, seçki hüququndan başqa digər vətəndaş hüquqlarından bəhrələnirlər.

- "SOYDAŞ” STATUSUNUN ÜSTÜNLÜKLƏRİ

Azərbaycan dövlətinə bağlı olan, onlarda milli və dövlət maraqlarımızın qorunmasına sayğılı insanların kütləviləşməsi, turizm imkanlarının genişlənməsi, diaspora siyasətinin səmərəliliyinin artması, ölkəmizə investisiyanın cəlb olunmasının stimullaşdırılması, Ölkəmizin və Xalqımızın müsbət imicinin yaranması və s.

P.S. Çox hörmətli Millət vəkilləri Fazil Mustafa, Zahid Oruc, Fərəc Quluyev, Qüdrət Həsənquluyev, Əli Məsimov, Vahid Əhmədov, Aqil Abbas, İqbal Ağazadə, Sabir Rüstəmxanlı, Siyavuş Novruzov, İlyas İsmayılov və digər millət vəkillərinin bu məsələni ciddiliyi ilə müdafiə edəcəklərinə inanır və əvvəldən təşəkkür edirik.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA