Ərdoğanın İlham Əliyevi qarşılaması Avropa mediasında!

img

17-01-2015 [15:58]


İngiltərənin  "Financial Times" qəzeti,  Türkiyə  prezidenti  Ərdoğanın Azərbaycan prezidenti İlham  Əliyevi və   Fələstin  rəhbəri  Mahmud Abbası  Osmanlısayağı  qarşılamasından yazıb. 

"Kostyumlu mühafizəçilər, Ərdoğanın güc tamaşasında baş rolda" başlıqlı yazıda  qəzet , "Bu tablo Türkiyədə son dövrün  ən inanılmaz mənzərələrdən biridir" şərhini verib.
 
Qəzetin Türkiyə müxbiri Daniel Dombey yazısının əvvəlində, Ankaranı ziyarət edən  dövlət başçılarının  belə bir mənzərə ilə qarşılaşmasının gözlənilməz olduğunu bildirir.
 
Financial Times müxbirinin fikirincə, bu mənzərə  Türkiyənin  prezident  Ərdoğan rəhbərliyində altında irəlilədiyi yol barədə ipucu verir. 
 
Qəzetə görə, bu addımı ilə  də Ərdoğan Türkiyənin güclü  lideri statusunun etmək durumdadır.

"Cənab Ərdoğanın əsgərlərlə görüntüsü xüsusilə diqqət çəkdi. Bu görüntü eyni zamanda, prezident Ərdoğanın Türkiyənin sərhədlərinin xaricində də rol oynamağa yönələn əməllərinin və  hazırkı Türkiyəni ölkənin imperial tarixi  ilə eyniləşdirmə arzusunun bir siqnalı idi .
 
Cənab Ərdoğan hələ  keçid dövründədir. Ərdoğan  ölkənin ən uzun müddət  bu vəzifədə olan baş naziri ikən,  ötən  il  ümumxalq səsverməsi ilə seçilən ilk prezidenti oldu. Ancaq o, ölkəni idarə edir kimi görünsə də, Türkiyənin siyasi sistemi hələ də ən azından kağız üstündə parlamentlidir. Yəni bir prezidentlik sistemi yoxdur".
 
Yeni  prezident sarayı  nəhəng bir inzibati kompleksin hissəsidir  və  cənab Ərdoğanın proyektinin konkret sübutudur . Ərdoğan hələ prezidentliyini  Türkiyənin rəsmi güc mərkəzi edəcək konstitusiya dəyişikliklərini keçirə həyata keçirməyib . Ancaq hüquqi xırdalıqlardan çox praktik gücə  üstünlük verərək, bir çox türk liderin uzun müddətdir izlədiyi yolu təqib edir.  Eynilə yeni və gözlənilməz paltarlar geyindirilmiş  yardımçı  oyunçularının işarə etdiyi kimi".

Avropa.info

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA