Müdafiə naziri Fransanın Azərbaycandakı səfirini qəbul edib

img

21-01-2015 [15:55]


Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Fransanın Azərbaycandakı səfiri Paskal Mönyeni qəbul edib.

MİA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, regiondakı hərbi-siyasi vəziyyətə toxunan müdafiə naziri Ermənistanın işğalçılıq siyasətinin davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubandığını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərdiyini diqqətə çatdırıb.
Səfir isə Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsindən məmnun olduğunu bildirib.
Görüşdə Fransa-Azərbaycan hərbi və hərbi-texniki əlaqələrin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

12:24 28.01.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA