"Qarabağ"ın əsas oyunçusu satıldı

img

15-01-2015 [15:24]


"Qarabağ" klubunun futbolçusu Muarrem Muarrem Türkiyə klubuna keçir.

ANS PRESS-in məlumatına görə, "Eskişehirspor" klubu 26 yaşındakı futbolçu Muarem Muarem ilə razılığa gəlib. Makedoniya əslli oyunçunun cümə gününə qədər "Eskişehirspor"un Antaliya düşərgəsinə gedib rəsmi müqavilə imzalayacağı bildirilir. 

Muarrem bu mövsüm "Qarabağ" klubu ilə Avropa Liqasında 6 matçda meydançaya çıxıb. Bu oyunlarda bir də qol vurub. 

Qeyd edək ki, "Eskişehirspor" klubunun yeni baş məşqçisi Mixael Skibe dünən mətbuata verdiyi açıqlamada bir neçə futbolçu ilə danışıqlar aparıldığını bildirmişdi.

Muarrem Muarrem 2012-ci ildən "Qarabağ” klubunun formasını geyinir. O, bu il Hollandiyanın "Tvente" klubuna səfərdə qol vuraraq "Qarabağ"ı Avroliqanın qrupuna salmışdı. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA