"“Azercell” yeganə mobil operatordur ki,..." - Jurnalistlər üçün növbəti təlim

img

09-01-2015 [20:01]


"Azercell Telekom” MMC tərəfindən media nümayəndələri üçün təşkil olunan növbəti peşəkar təlim kursu başa çatıb.

Təlimdə Böyük Britaniyadan dəvət olunmuş peşəkar jurnalist Den Meyson iştirakçılara "Google” – axtarış sisteminin multimedia imkanları, sosial şəbəkələrlə iş, bloq sayt yaratmaq vərdişlərini izah edib.

Təlim kursunda çap və internet mediası, həmçinin elektron KİV nümayəndələri iştirak edib.

Tədbirdə kursu uğurla başa vurmuş iştirakçılara sertifikatlar təqdim olunub.

"Azercell Telecom"un icraçı direktoru Vahid Mürsəliyev şirkətin fəaliyyətdə olduğu müddətdə media ilə daim dostluq və sıx əməkdaşlıq əlaqələrində olduğunu bildirib.

Qeyd olunub ki, jurnalistlərin inkişafına kömək etmək məqsədilə şirkət tərəfindən çoxsaylı təlimlər keçirilib. "Azercell” yeganə mobil operatordur ki, sırf KİV işçiləri üçün xüsusi tarif planı – "Mediacell” tarifini hazırlayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA