Tanınmış jurnalist Sevinc Osmanqızına cinayət işi açıldı

img

06-01-2015 [11:49]


Tanınmış jurnalist Sevinc Osmanqızına qarşı cinayət işi açılıb. 

Bu barədə jurnalistin hüquqlarının müdafiəçisi Elmira Sarıyeva modern.az-a məlumat verib. Jurnalistə qarsı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci (böhtan atma) və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.

İş Nərimanov rayon Məhkəməsinin hakimi Məzahir Sadıxovun icraatına verilib. Hüquq müdafiəçisinin verdiyi məlumata görə, bundan əvvəl qarşı tərəf tanınmış jurnalisti xarici xidmət orqanları ilə əməkdaşlıq etməkdə ittiham edib.

Sevinc Osmanqızı barəsində məhkəmə iddiasını keçmiş həyat yoldaşı, Azərbaycanın «CBC» (Caspian International Broadcasting Company) telekanalının direktoru Azər Xəlilov qaldırıb.

Sevinc Osmanqızı CNN, BBC və digər aparıcı Qərb mətbuatında Azərbaycana dair verilişlərin müəllifidir. ANS-in Amerikada xüsusi müxbiri işləməzdən əvvəl televiziyanın "Xəbərlər” redaksiyasının bas redaktoru, Londonda BBC radiosunun jurnalist-prodüseri çalışıb.
"Açıq söhbət" siyasi debat proqramının moderatoru olub. Şəhid jurnalist Osman Mirzəyevin qızıdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA