Ziya Məmmədovun oğlu iş adamının səhmlərini aldı - Fransa mətbuatı

img

05-01-2015 [21:40]



Fransa mətbuatında Hafiz Məmmədovun sahibi olduğu "Lans”la bağlı yeni məlumat yayılıb.

Yayılan məlumatda yanvarın 1-dən etibarən klubun auksionerində dəyişiklik baş verdiyi vurğulanır. Bu barədə "Lans"ın prezidenti Jerve Martel hələ dekabrın 17-də məlumat sızdırmışdı. O, məsələni "bu, azərbaycanlılar arasında olan problemdi" kimi xarakterizə etmişdi.

Fransa mətbuatının iddiasına görə, dekabrın 31-nə qədər məsələ həllini tapmalıydı. Bu günə qədər Martelin susması məsələnin həll olunması anlamını verir.

Fransız həmkarlarımız iddia edir ki, klubun yeni sahibi də azərbaycanlıdı. Bu, Anar Məmmədovdu - nəqliyyat naziri Ziya Məmmədovun oğlu. Fransızlar onu "Qarant Holdinq"in baş icraçı direktoru, tikinti, nəqliyyat, turizm maqnatı kimi təqdim ediblər.

Məlumata görə, "Lans”ın Hafiz Məmmədova məxsus olan səhmləri Anar Məmmədov və onun kompaniyası tərəfindən alınıb(komanda.az).

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA