ADP İdarə Heyəti toplandı - 2015 üçün əsas vəzifələr müzakirə olundu

img

05-01-2015 [16:34]


Bu gün ADP İdarə Heyəti 2015-ci ilin ilk toplantısını keçirib. 

Partiyadan Mia.az-a daxil olan məlumata görə, toplantıda partiyanın 2015-ci ildə qarşısında duran əsas vəzifələr müzakirə obyekti olub. 

Müzakirələrdə ölkədə azad və ədalətli parlament seçkilərinin keçirilməsi, fundamental insan hüquq və azadlıqlarının təmin olunması, siyasi məhbusların azadlığa buraxılması istiqamətində digər siyasi qüvvələrlə əməkdaşlığın vacibliyi qeyd edilib. 2015-ci il parlament seçkilərinə hazırlıqla bağlı partiyanın strategiya və taktikasının müəyyənləşdirilməsi, Seçki Məcələsinin demokratikləşdirilməsi istiqamətində qanunvericilik bazasının hazırlanması, o cümlədən proporsional seçki sisteminin bərpası uğrunda lazımi addımların atılması qərara alınıb.

Müzakirələrdə partiya quruculuğu sahəsində görüləcək işlər - yerlərdə təşkilati strukturların möhkəmləndirilməsi və partiyaya yeni üzvlərin qəbul olunması istiqamətində planın hazırlanmasının vacibliyi qeyd edilib.

Müzakirələrin sonunda partiyanın cari fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA