Əvəz Zeynallı Heydər Əliyevin məzarını ziyarət etdi

img

05-01-2015 [15:57]


Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən "Xural” qəzetinin təsisçisi Əvəz Zeynallı bir neçə gün əvvəl Şəhidlər Xiyabanını, Azərbaycanın mərhum prezidentləri Heydər Əliyev və Əbülfəz Elçibəyin məzarını ziyarət edib. AzNews.az xəbər verir ki, Ə.Zeynallı həmçinin 20 Yanvar şəhidləri İlham və Fərizənin məzarlarını da ziyarət edib. Daha sonra Fəxri Xiyabana baş çəkən Əvəz Zeynallı Şıxəli Qurbanovun, Həsən bəy Zərdabinin, Heydər Əliyevin, Əbülfəz Elçibəyin, akademik Zərifə Əliyevanın və Seyid Cəfər Pişəvərinin məzarını ziyarət edərək onları hörmət və ehtiramla yad edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA