Səfər Əbiyevi nə gözləyir? - Hüquqşünas rəyi

img

04-01-2015 [13:05]


Sabiq müdafiə naziri Səfər Əbiyevin Cexiya vətəndaşlıgını almasının qanunlara uyğunluğu ilə bağlı miqrasiya məsələləri üzrə ixtisaslaşmış QHT rəhbəri Əlövsət Əliyev də fikrini açıqlayıb.

Mia.az xəbər verir ki, o, Səfər Əbiyevin Çexiyada vətəndaşlıq alması haqda "Facebook"da belə status paylaşıb: 

"Cexiya qanunvericiliyi vətəndaşlıq istəyən şəxsdən 5 il həmin ölkədə qanuni əsaslarla yaşamaq tələb edir. 
Eyni zamanda Cexiya qanunvericiliyi aşagıdakı şərtləri tələb edir:
-  məhkum olunmamaq;
- Cex dilini B 1 səviyyəsində bilmək;
- Cexiyanın müasir həyatıni bilmək haqaqında testdən kecmək (tarix, cografiya, ictimai biliklər);
- Cexiyanın hər hansı bir təşkilatına borclu olmamaq;
- maliyyə baxımından tam müstəqil olmaq və bunu sübut etmək;
- Cexiya cəmiyyətinə kifayət qədər inteqrasiya olunmaq.

Cexiya qanunvericiliyi bəzi şəxslərə vətəndaşlıgın müstəsa hallarda sadələşdirilmiş qaydada verilməsini də nəzərdə tutub. Müstəsna hallarda vətəndaşlıq elm, incəsənət, idman, və ya digər sahələrdə ciddi ugurlara imza atmış və xidmətləri olan şəxslərə verilə bilər. Səfər Əbiyevin ola bilsin hansısa sahədə Cexiya dövləti qarşısında "xidmətləri" olub və bu içtimayyətə bəlli deyil. 

Eyni zamanda onun xanımının Cexiya vətəndaşı olmasını bildirənlər də vardır. Bu hal da onun sadələşdirilmiş qaydada və bu müddətdə vətəndaşlıq almasına imkan vermir. Cünki Azərbaycan Qanunvericiliyinin tələbləri baxımından S.Əbiyevin ölkədən xaricə daimi yaşamaga getməsinə icazənin verilməsi qanuna uygun deyil. Belə ki, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.5 maddəsinə görə Dövlət Sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldıgı məlumatın məxfilik müddəti bitənədək şəxsin xarici ölkəyə daimi yaşamaga getməsi məhdudıaşdırıla bilər. 

Məcəllənin bu norması Səfər Əbiyevə tətbiq olunmalı və onun nazir vəzifəsindən azad olunan kimi ölkədən daimi yaşamaq ücün xaricə gedişinə icazə verilməli deyildi. Umumiyyətlə, fikrimcə, dövlət sirrinə malik şəxslərin ölkədən cıxışana nəzarət gücləndirilməlidir. Nədənsə Azərbaycanda dövlət sirrinə malik olanların əvəzinə sadə insanların ölkəni tərk etməsinə qanunsuz məhdudiyyətlər qoyulmaqda davam edir".

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA