MSŞA "Azadlıq" radiosu ilə bağlı bəyanat yaydı

img

03-01-2015 [21:52]


İctimai Birliklərin Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) Koalisiyası "Azadlıq” radiosunun Azərbaycan xidmətinin Bakı ofisinin fəaliyyətinin dayandırılması ilə bağlı bəyanat yayıb.

Mia.az bəyanatı təqdim edir: 

"MSŞA Koalisiyası uzun müddət əməkdaşlıq etdiyi "Azadlıq” radiosunun Azərbaycan xidmətinin Bakı ofisinin fəaliyyətini dayandırılmasından narahatlığını ifadə edir. Azərbaycanın yeni MSHT standartlarına keçidi ilə bağlı Azadlıq Radiosunun "Açıq Hökümət” verilişində debatlar təşkil edən Koalisiya fikir və mövqeyini ifadə, ictimai müzakirələri təşkil etmək üçün müstəqil olan azsaylı tribunalardan birinin itirilməsini kommunikasiya və marirləndirmə üzrə proqram məqsədlərinə nail olmaq sahəsində çətinliklərin daha da artması kimi qiymətləndirir. Odur ki, Koalisiya Şurası "Azadlıq radiosu”nun Azərbaycan xidmətinin Bakı ofisinin fəaliyyətinin dayandırıması və əməkdaşlarının məcburən prokurorluğa aparılaraq dindiirlməsini Azərbaycanda azad media və ifadə azadlığının kobud şəkildə pozulması faktı kimi qiymətləndirir.

MSŞA Koalisiyası hesab edir ki, müstəqil mətbuat tribunalarının susdurulması həm də vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırılmasına gətirib çıxarır. Bu isə MSŞA Koalisiyasının mandatına uygun fəaliyyətində çətinliklər yaradır. Odur ki, MSŞA Koalisiyası tezliklə araşdırmaların başa çatacağına və "Azadlıq radiosu”nun Azərbaycan xidmətinin Bakı ofisinin fəaliyyətini davam etdirəcəyinə ümid edir.

Bu bəyanat 29 dekabr 2014-cü il-ildə keçirilən MSŞA Koalisiyasının
130-cu Şura iclasında qəbul olunub".

Digər xəbərlər
SON XƏBƏRLƏR