Kəmaləddin Heydərovun federasiyasında dəyişiklik-TƏYİNAT

img

03-01-2015 [17:21]


Azərbaycan Taekvondo Federasiyasında (ATF) I vitse-prezident Nağı Səfərovun sədrliyi ilə iclas keçirilib.

Mia.az-ın report.az-a istinadən məlumatına görə, toplantıda federasiya rəhbərliyinə və məşqçilər heyətinə yeni təyinatlar açıqlanıb.

Azərbaycanın kişilərdən ibarət milli komandasının sabiq baş məşqçisi Ələkbər İmaməliyevə ATF-in icraçı direktoru vəzifəsi həvalə olunub. Yığmanın yeni baş məşqçisi qismində iranlı Rza Mehmandost təsdiqlənib. Bu komandada böyük məşqçi vəzifəsi isə Elnur Amanova tapşırılıb.

Qeyd edək ki, iclasda taekvondonun regionlardakı vəziyyəti də müzakirə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA