“Müsavat Partiyasının gələcəyi yoxdur və onun kitabı çoxdan bağlanıb”-Partiya sədri

img

30-12-2014 [17:49]



"Müsavat daxilində elə bir parçalanma var ki, onu heç bir təklif xilas edə bilməz”. 

Bunu açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Müsavat Partiyasının məclis sədri Nüşabə Sadıqlının "Müsavatdan çıxmaq niyyətində olanlara partiya daxılındə yaradılacaq komissiyalarda vəzifələr təklif edəcəyik” kimi fikrinin həmin insanları partiya daxilində saxlaya biləcəkmi sualına cavab verərkən deyib. Onun sözlərinə görə, Müsavatdakı parçalanmaları qaynaq aparatı ilə qaynaq etsək belə, o partiyadan daha heç nə alınmayacaq: "Müsavat Partiyasını birmənalı olaraq Qəmbərov İsanın elə özü dağıtdı. Bu gün hamı, Müsavat partiyasını iqtidara işləməkdə günahlandırır. Bu günlərdə Müsavat sıralarını tərk edən yoldaşlarla görüşlərimiz oldu. Bu gün onlar Müsavatı böyük zərbə alıb tərk ediblər. Çünki onlar özləri də etiraf edirlər ki, onlar düşünmçür dü ki Qəmbərov İsa sözün əsl mənasında müyyən zaman kəsiyində onlardan istifadə edib, bir kənara atacaq. Ona görə də, artıq demək olar ki, Müsavat o partiyası yoxdur. Orada sadəcə konvensiya strukturu yaradılıb və həmin konvensiya strukturu vasitəsi ilə xaricdən qrant almaqla məşquldurlar. Özüdə məhz dövlətin əleyhinə olan təxribatçı qurumlarla əlbir olmaq niyyətindədirlər. Bu da mümkün olan məsələ deyil. Nüşabə Sadıqlı baxmayaraq ki, universitetdə müəllimidir, onun keçmişi olduqca "narahatdır”. Bunu hər birimiz çox yaxşı bilirik. Bir sözlə Müsavat Partiyasının gələcəyi yoxdur və onun kitabı çoxdan bağlanıb. O partiyanı bu gün tərk edənlər oradakı satqınlığı və vicdansızlığı görüblər artıq. İndi orada komissiya yox, nə yaratsalar belə onlar ora geri dönməyəcəklər. Onu da nəzərinizə çatdırım ki, Müsavat partiyasını tərk edənlərin böyük bir qismi bizim müasir müsavat partiyasına gəlmək istəyirlər. Onların adlarını hələ ki, açıqlamaq istəmirəm. Amma yaxın zamanlarda bu haqda hamı öyrənəcək”.


Eyni zamanda Hafiz Hacıyev "Azadlıq” radiosunda aparılan axtarışlar nəticəsində radionun bağlanmasını erməni nəşrləri Azərbaycanın ABŞ konqresinə müharibə elanı kimi qələmə verməsinə də münasibət bildirib: "Bu tamamilə absurd bir iddiadır. Həbs olunan adamların verdiyi ifadələr nəticəsində Azadlıq radiosu müvəqqəti bağlanıb. Ölkə prezidenti demokratik bir siyasətçidir və hesab edirəm ki, bu cür qalmaqalların böyüməsində maraqlı olanların arzularını ürəklərində qoyacaq. Bir radionun müvəqqəti bağlanmasını bu boyda faciəyə çevirmək olmaz. Vaxtı ilə ANS də bağlanmışdı. Ölkə prezidenti öz hümanistliyini nümayiş etdirərək, onlara dəstək oldu və ANS bu gün də fəaliyyət göstərir. Ermənilər isə ABŞ və Azərbaycan münasibətlərinin korlamaqdan ötrü hər bir varianta əl atırlar. Amma qeyd edim ki, onlara kömək edənləri axtarsaq, elə özümüzküləri tapacağıq. Radio stansyanın bağlanması sadəcə istintaqın gedişatı ilə bağlıdır. Düşünürəm ki, istintaqdan sonra hər şey öz həllini tapacaq”.
Ülkər Musazadə

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA