Əvəz Zeynallı: "Ümid edirəm ki, bütün siyasi məbuslar tezliklə azadlıqda olacaq"- Fotolar

img

30-12-2014 [13:56]


"Yeni Müsavat”ın əməkdaşları "Xural” qəzetinin azadlığa buraxılan baş redaktoru Əvəz Zeynallının evində olub və onu təbrik ediblər.

Ə.Zeynallı bildirib ki, əfvə düşməsi özü və ailəsi üçün sevincli bir hadisədir: "Ancaq əfv siyahısında bütün siyasi məhbusların olmaması məni üzdü. Əfv fərmanı müsbət bir hadisədir. Bu fərmanı imzalayanlardan tutmuş prosesə qədər iştirak etmiş hər kəsə təşəkkürümü bildirirəm. Bu, böyük prosesdir və ümid edirəm ki, davam edəcək, siyasi məhbusların hamısı azadlığa çıxacaq”.

1158 gün həbsdə olduğunu vurğulayan Ə.Zeynallı qeyd edib ki, bu müddətdə cəmiyyət xeyli dəyişib, elə mətbuat da əvvəlki deyil. O, "Xural” qəzetinin fəaliyyətini bərpa etməyə çalışacağını da vurğulayıb.

Röya RƏFİYEVA
Cavanşir ABBASLI













Digər xəbərlər
SON XƏBƏRLƏR