Fərhad və Rafiq Əliyev qardaşlarının xaricdəki bizneslərindən yeni xəbər

img

30-12-2014 [10:15]


"Azpetrol Holding” şirkətinin keçmiş prezidenti Rafiq Əliyev "Bank of Baku” ASC-də ona məxsus iki səhm paketini satıb. Əməliyyat dekabrın 25-də Bakı Fond Birjasında baş tutub. BFB-nin məlumatına görə, birjada qeyd edilən bankın 11,160,857 manat dəyərində yaxud nominalı 15,55 manat olan səhmlərin alqı-satqı əməliyyatı baş tutub. Satılan pay bankın səhmlərinin ümumi emissiyasının 21,10%-i təşkil edir. Alıcının kimliyi haqda məlumat verilmir. Belə bir məlumat hələlik bankın saytında da yerləşdirilməyib.


2005-ci ildə korrupsiya və vəzifə saxtakarlıqları ittihamı ilə həbs olunan Fərhad və Rafiq Əliyevlər 2013-cü ildə əfv fərmanı ilə azad olunublar. Əliyev qardaşları həbsdən çıxandan sonra Azərbaycanı tərk ediblər. Onların Londona köçdükləri haqda məlumatlar da var. "Bank of Baku”nun saytındakı məlumatlardan aydın olur ki, Rafiq Əliyev şəxsən səhmlərin 11,22 faizinə, ona məxsus olan "Azinvest” MMC vasitəsi ilə isə 9,89%-ə sahib idi. R.Əliyevin həbsinə qədər sahibi olduğu "Azpetrol” MMC bankın səhmlərinin 28,89-nə sahib olub. Bu sahiblik bu gün də qalır.

Bankın saytında yer alan 2012-ci ilə dair audit hesabatında (payçılar belə bölünür: "Nab Holding” (40%), «Azpetrol Neft Şirkəti» MMC (28,89), Rafiq Əliyev (11,22%), Elçin İsayev (10%) və «Azinvest» MMC (9,9%)...

R.Əliyevin gəliri pis olmayan bankdakı səhm payını satması suallar yaradıb. Belə məlumat var ki, R.Əliyev həbsdə olarkən bankdakı payını satmağa razılıq verib. Lakin sonradan bu razılaşma bir qədər ertələnib. Amma qüvvədən düşməyib. Azadlığa çıxandan sonra Əliyev qardaşları Azərbaycanda olan əmlaklarını sataraq ölkədən kənarda olan bizneslərini genişləndirməyə qərar veriblər. Bankdakı səhm payının satılmasının da həm də bu qərara uyğun atılan addım olduğu bildirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:25 28.01.2026

Ayrılığın Büstü...

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA