29-12-2014 [17:53]
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqovun Adalet.az-a müsahibə verib.
Mia/az həmin müsahibəni təqdim edir:
-Rufiz bəy 2014-cü il başa çatır. Bu ili Azərbaycan Vətəndaş Cəmiyyəti üçün necə səciyyələndirmək olar?
-2014-cü il ümumilikdə Azərbaycan vətəndaş cəmiyyəti və QHT-lər üçün bir qədər gərgin il olub. Həm ölkəmizdə keçirilən tədbirlər, həm QHT-lərlə bağlı olan qanunlara dəyişikliklər, həm də bəzi qeyri-hökumət təşkilatlarının xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığının üzə çıxması baxımından bu il QHT-lər üçün gərgin il oldu. Bu gərginlik onu özündə ehtiva etdi ki, QHT-lər əvvəlki illərdən fərqli olaraq daha çox müzakirə obyekti odu. Bu müzakirələrə cari ilin ikinci yarısından başlayaraq start verildi və ilin sonunda daha da sürətləndi. Bunun da səbəbi ondan ibarətdir ki, dünyada gedən proseslər Azərbaycana qarşı olan ikili standartlar bu məsələnin önə çəkilməsini sürətləndirdi. Mütəmadi olaraq QHT-lərə ayrılan vəsait artırılır. Artıq bu kimi təşkilatlar həm Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Surası, həm Gənclər Fondu, həm də digər fondlardan vəsait ala bilirlər. Bu il həmçinin bəzi qanunvericilik aktlarına düzəliş və əlavələr edildi. Bu əlavələrin əsas mahiyyəti nədən ibarətdir? Dəyişikliklərin mahiyyəti ondan ibarətdir ki, bu gün Azərbaycanda fəaliyyət göstərən bir sıra QHT-lər var ki, həmin təşkilatlara ayrılan vəsait şəffaf deyildi. Bir növ xarici donorlar onları himayəyə götürmüşdülər. Onlara himayədarlıq edirdilər. Heç bir qrant elan edilmədən onlar bu təşkilatlara kifayyət qədər vəsait ayırırdılar. Dövlət də bunu gördü və bu yöndə şəffaflığın artırıllması üçün ciddi addım atıldı. Əgər həmin dövlətlər demokratiyadan danışırlarsa o zaman QHT-lərə ayrılan vəsait də şəffaf olmalı idi
-Mən bunu qanunların sərtləşdirilməsi kimi qəbul eləmirəm. Qanunlar heç də sərtləşməyib. Əslində qanunda boşluqlar var idi. Xaricdən maliyyələşən layihələrlə bağlı boşluqlar var idi ki, bu istiqamətdə olan boşluqlar aradan qaldırılıb. Bizim fəaliyyətimizə gəlincə atılan addımlar fəaliyyətimizə heç bir təsir göstərməyib. Əksinə mən düşünürəm ki, hər bir təşkilatın məsuliyyəti artıb.
-Bu istiqamətdə hüquq mühafizə orqanları müvafiq addımlar atıb və bəzi QHT sədrləri həbs olunub. Biz bəzi hallarda həmin təşkilatlarla görüşürdük. Onlar bunu etiraf etmirdilər. Bu bir növ gizli xarakter daşıyırdı, şəffaflıq yox idi, qapalı şəkildə fəaliyyət göstərirdilər. Avropa qurumlarına hər şeyi qara görmək kimi təqdim edirdilər. Həmin təşkilatların da dövlətdən maliyyə dəstəyi almaq imkanları olub və alıblar da.
-Bu addımları ilk olaraq dövlət atdı. Dövlət qadağan etmir ki, QHT xaricdən qrant almasın. Ancaq bu rəsmi qaydada olmalı, vergi ödənilməlidir. Artıq onlar gizli xarakterli 5-ci kalonluq edə bilməyəcəklər. Həmçinin əvvəlki fəaliyyətini davam etdirməyə imkanları olmayacaq.
-Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin bununla bağlı çox böyük bir məqaləsi dərc olundu. Bu geniş təhlil olunmuş elmi əsərə bənzər məqalə idi.
-Bu əlaqələri yüksək qiymətləndirirəm. Azərbaycan bu gün balanslaşdırılmış uğurlu xarici siyasət həyata keçirməklə həm qonşuları, həm də digər region ölkələri ilə mehriban dostluq münasibətindədir. Yeganə Ermənistandır ki, bu münasibətlərdən kənarda qalır. Azərbaycan hər zaman öz prinsipial mövqeyini ortaya qoyur, Ermənistanın işalçılıq siyasəti ilə bağlı dünyanı bir daha məlumatlandırır. Ancaq bütün bunlara baxmayaraq beynəlxalq aləm tərəfindən ölkəmizə qarşı ikili standartlar davam edir, Azərbaycan barədə qərəzli hesabatlar yayırlar.
-Biz Azərbaycan tərəfi olaraq öz mövqeyimizi qətiyyətlə bildirmişik. Bu gün demokratiyadan söhbət gedirsə bu prinsiplər ilk növbədə Ermənsitanda pozulur. Azərbaycanda siyasi partiyalar, media fəaliyyət göstərirsə hansı demokratiyanın pozulmasından söhbət gedə bilər. Azərbaycan tam demokratik bir ölkədir. Bununla bağlı biz QHT-lər olaraq öz prinsipial mövqeyimizi bildirmişik və bundan sonra da bildirəcəyik.
Aİ ilə Azərbaycan arasında mühim məsələlər müzakirə olunub
FED faiz dərəcəsini dəyişmədi
"Azərpoçt”un maşını qəza törətdi
Kremldən Ukrayna və ABŞ-la yeni danışıqlar barədə - Açıqlama
Türkiyənin prezidenti kim olsun? - 26 şəhərdə SORĞU
Kiprli Baş məşqçi: ""Fənərbağça" güclü komandadır"
Prezident İlham Əliyev sərəncam imzalayıb - Xaqani Şirvani ilə bağlı
TikTok"da söyüş söyən musiqiçi həbs olunub
AGENTLİK SƏDRİNİN MAAŞI AÇIQLANDI - Ayda 19500 manat (VİDEO)
Şəmşad Ağanın anası vəfat edib
Məmurlar Naz Lifana minsin! - Eynulla Fətullayev yazır
Əkrəm Əylisli: "Qorxuram ki, evdən çıxaram, küçədə yıxılaram"
İcra başçısının müavini vəzifədən çıxarıldı
AHİK-də dəyişiklik - Mikayıl Cabbarovun müşavirinin əvəzlədiyi aparat rəhbərinə yeni vəzifə verildi (YENİLƏNİB)
Ceyhun Bayramov Çin XİN başçısı ilə görüşüb - Açıqlama (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TRAMP İRANA AÇIQ ŞƏKİLDƏ VAXT QOYDU: "Zaman daralır, anlaşın, yoxsa daha ağır zərbə vurulacaq"
Sabah Bakıda yağıntı intensivləşəcək - Xəbərdarlıq
İlqar Mirzəyev vəzifədən azad edilib
Ayrılığın Büstü...
Hakan Fidan Səudiyyə Ərəbistanı XİN başçısı ilə müzakirə aparıb
Sahibə Qafarova Oman Sultanlığına gedib - FOTO
Yeni vergi güzəştləri olacaq
DEPUTATLAR TOPLANIR: hansı qanunlar müzakirə olunacaq? - SİYAHI
ABŞ İrana hücuma hazırlaşır? - Amerika hərbçiləri Yaxın Şərqdə hərbi təlimə başlayır
Ramazan ayı bu tarixdən başlayır - TƏQVİM
"Yeni qanunda uşaq sosial təminat hüququna malik hüquqi subyekt kimi tanınır" - Zahid Oruc
General Baş idarə rəisi təyin olunub
450 MİN MANATLIQ QALMAQAL: Səbiyyə Panəliyevadan 145 şikayətçi var
"Mənim bu adamlara nə pisliyim keçib?” – İsa Həbibbəyli
Yeni Günəşli, Zabrat, Masazır və Saraya metro xətləri çəkiləcək
Müğənni: "Bu da alınan şey deyil axı"
Cavanşir Qurbanovun yerinə təyinat olub
Uşaqların sosial şəbəkə girişinə qadağa qoyulması məsələsi parlamentdə müzakirə olunub
Babək prospektindən Ağ Şəhərə daxil olan yol bağlanır