"Azadlıq" radiosunda yoxlama başladı - Yenilənib

img

26-12-2014 [12:15]


Bu gün Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin bir qrup əməkdaşı "Azadlıq” radiosunun Bakı ofisinə, Yasamal rayonundakı "Kaspian Plaza” Mərkəzinə gəlib.

Prokurorluğun əməkdaşları axtarış-götürmə əməliyyatı aparır. Prosesdə radionun vəkili Yalçın İmanov da iştirak edir.

"Azadlıq” radiosunun Bakı ofisində aparılan axtarış-götürmə əməliyyatının Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayət işi ilə bağlı olduğu bildirilir. 

***
Trend-in məlumatına görə, axtarış haqda məhkəmə qərarı təqdim olunub. Ofisin daxili telefonları və interneti söndürülüb. İçəridə olan işçilərə kompüterə yaxınlaşmağa icazə verilmir.

Axtarışda prokurorluq əməkdaşlarının özləri ilə gətirdikləri hal şahidləri iştirak edir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə məlumatı təsdiqləyib.

E.Sultanov deyib ki, ofisdə axtarış Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq olunan cinayəti işi ilə bağlıdır. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA