"Qalatasaray" bu oyunçunu almaq istəyir

img

26-12-2014 [11:17]


"Qalatasaray" klubu "Arsenal"ın ulduz futbolçusunu heyətinə qatmaq istəyir.

ANS PRESS-in məlumatına görə, belə bir iddia İngiltərə mətbuatında yer alıb. İddiaya görə, "Qalatasaray" baş məşqçisi dövrə arasında sürpriz bir transferə imza atmağa hazırlaşır.

"Qalatasaray" mövsüm əvvəlində çox çalışıb gerçəkləşdirə bilmədiyi transferi həyata keçirəcək. İstanbul təmsilçisi Futbol üzrə Dünya Çempionatında Kosta Rikadakı çıxışı ilə diqqət çəkən Kampbelli yenidən gündəminə alıb. 

"Arsenal" baş məşqçisi Arsen Vengerin təzyiqi səbəbilə klubda qalan futbolçunun son oyunlardakı çıxışı onun haqqındakı fikrləri dəyişib.

Kampbellin milli komandadakı müvəffəqiyyətli çıxışını London klubunda təkrarlaya bilməməsi futbolçunun bir anda gözdən düşməsinə səbəb olub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:23 08.03.2026

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA