Məhkəmə Pərviz Həşimliyə "yox" dedi

img

24-12-2014 [20:19]


Bu gün Bakı Apellyasiya Məhkəməsi jurnalist Pərviz Həşimlinin şikayətini təmin etməyib. 


Məhkəmə jurnalist barəsində ittiham hökmünü qüvvədə saxlayıb, bu barədə Turan-a vəkil Bəhruz Bayramov bildirib.

Həşimlinin vəkili apellyasiya məhkəməsinin qərarından Ali Məhkəməyə kassasiya şikayəti vermək niyyətindədir.

"Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də MTN əməkdaşları tərəfindən həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsi mayın 15-də onu qanunsuz silah və döyüş sursatları saxlamaqda, istifadə etməkdə, silah və döyüş sursatları qaçaqmalçılığında təqsirli bilib və 8 il müddətinə azadlıqdan məhrum edib. Həşimli bildirib ki, bu iş üzrə təqsirləndirilən digər şəxs – Qurbanov ona böhtan atıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA